Qarabağ
Bakı bu gün onları Xankəndiyə göndərir - Plan nədir?
Bu gün Qarabağ bölgəsində sosial, humanitar, iqtisadi və infrastruktur məsələləri üzrə yaradılmış İşçi qrupun üzvlərinin Xankəndi şəhərinə səfəri gözlənilir.
Publika.az xəbər verir ki, bu barədə Qarabağın erməni sakinləriylə təmaslar üzrə müəyyən edilmiş məsul şəxs Ramin Məmmədov sentyabrın 29-da erməni sakinlərinin nümayəndələri ilə Yevlaxda keçirilən ikinci görüşdən sonra bildirmişdi. Görüşdə İşçi qrupunun şəhərə səfəri ilə bağlı erməni nümayəndələr də məlumatlandırılıb.
İşçi qrupunun Xankəndiyə gedişinin məqsədi təsərrüfat, kommunal və digər bu kimi məsələlərin yerində həll edilməsidir. Artıq dünən bununla bağlı ilk addımlar atılıb.
Dövlət Miqrasiya Xidmətinin, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları Qarabağ iqtisadi rayonunda fəaliyyətə başlayıblar. DMX Qarabağ bölgəsində yaşayan erməni sakinlərin ilkin qeydiyyatına dair müraciətlərinin yerində qəbul edilməsi və bununla əlaqədar maarifləndirmə tədbirlərinin yerində təşkilini, ƏƏSMN isə sakinlərin sosial-humanitar ehtiyaclarının müəyyənləşdirilməsi işini həyata keçirir. Hər iki qurumun əməkdaşları Xankəndində keçmiş “polis” binaslnda fəaliyyət göstərir. Artıq erməni sakinlər arasında hər iki quruma müraciətlər var.
Xankəndi də daxil olmaqla Qarabağ iqtisadi rayonunda mərkəzi hakimiyyətin bərpası prosesi sürətlə davam edir.
Asif
-
İdman22:24İspaniya La Liqası Mbappe meminə görə Çindən üzr istədi
-
Sosial22:12Leyla Əliyevanın Şamaxıdan səmimi görüntüləri - VİDEO
-
İKT21:24Azərbaycanda “WhatsApp” istifadəçilərinə xəbərdarlıq edildi
-
Nida Xəbər 21:00Ramiz Mehdiyev dövlət təltiflərindən məhrum ediləcək
-
Magazin220:36"Harri Potterin"in valideynlərini onlar canlandıracaqlar
-
Dünya19:48Gənc qız sevgilisinin köməyi ilə atasını öldürdü
-
Səhiyyə19:00Yüksək təzyiqin gizli səbəbi müəyyən edildi
-
Nida Təhlil 17:22Azərbaycançılıq ideologiyası ölkəni parçalamaq istəyən qüvvələrin planlarını alt-üst etdi - ŞƏRH
















.png)

.jpg)


.jpg)
















