Qarabağ
Azərbaycan polisi gəldi, separatçılar... - 12 gündə Xankəndidə nələr baş verib?
Antiterror tədbirlərindən sonra Qarabağ iqtisadi rayonunun erməni əhalisinin yaşadığı ərazilərində tarixi hadisələr yaşanır. Separatçıların təslim olmasından indiyə qədər (20 sentyabr - 2 oktyabr) cəmi 12 gün keçməsinə baxmayaraq, artıq bölgənin təmizlənməsi və mərkəzi hakimiyyətin bərpası istiqamətində ciddi işlər görülüb.
Publika.az onların bir neçəsini təqdim edir:
1. Ermənistan ordusunun ərazimizdə qalan birləşmələrinin tərki-silah edilərək, bölgədən çıxarılması, eləcə də qanunsuz silahlı dəstələrin təslim edilməsi prosesi davam edir;
2. Separatçı rejim rəsmi olaraq özünü buraxıb;
3. Xankəndidə separatçıların əski parçası yığışdırılıb;
4. Azərbaycan polisi şəhərdə fəaliyyətə başlayıb: qeyri-rəsmi məlumatlara görə, polisimiz keçmiş separatçı rejimin qondarma “daxili işlər nazirliyinin” binasında işləyir;
5. Şəhərdə poliklinika qurulub, təcili tibbi xidmətin işi təşkil edilib;
6. Xankəndinin elektrik enerjisi Azərbaycanın elektrik enerjisinə qoşulub: mobil operatorlar fəaliyyətə başlayıb, TV və radio yayımının təşkili planlaşdırılır;
7. Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin əməkdaşları şəhərdə erməni sakinlərin qeydiyyatını yerində aparır;
8. Erməni terrorçuların həbs edilməsi və qanun qarşısına çıxarılması prosesi davam edir: Ruben Vardanyan, David Babayan, Lyova Mnatsakanyan, Davit Manukyan artıq barmaqlıqlar arasındadır;
9. Və ən əsası artıq Xocalı, Xocavənd, keçmiş Ağdərə rayonu və Xankəndidə Azərbaycanın suverenliyi bərpa edildi: hazırda mərkəzi hakimiyyətin bərpası prosesi istiqamətində intensiv işlər həyata keçirilir;
Asif Nərimanlı
-
MDB14:03Ramzan Kadırova ordu generalı paqonları təqdim edildi
-
MDB13:50Rusiya Xarkovda daha bir kəndi zəbt etdi
-
MDB13:43Xəstəxanadan çıxan keçmiş iqtisadiyyat nazirinin ilk işi araq içmək oldu - FOTO
-
MDB13:25Məşhur sovet psixoterapevti vəfat etdi
-
Ekologiya13:20Bakıda betonun üstündə yaşıllıq axtarışı: Plan baş tutacaq?
-
Nida Xəbər 12:55Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi
-
Ekologiya12:47Bakıya yağış yağacaq - HAVA PROQNOZU
-
Ekologiya11:40Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağdı - FAKTİKİ HAVA

































.jpg)
