Qarabağ
ABŞ, Aİ və Rusiya Bakıya təzyiq üçün görüşdü - İstanbulda məxfi toplantı
Qarabağda separatçı-terrorçulara qarşı keçirilən 24 saatlıq antiterror tədbirlərindən bir neçə gün öncə Türkiyədə məxfi görüş keçirilib.
Publika.az xəbər verir ki, bu iddia ilə “Politico” nəşri çıxış edib.
Nəşr yazır ki, ABŞ, Avropa İttifaqı və Rusiyanın yüksək rütbəli rəsmiləri Türkiyədə keçirilən məxfi görüşdə Qarabağdakı vəziyyəti müzakirə edib.
“Bu görüş Ukrayna müharibəsinin başlanmasından sonra Moskva və Qərb arasında mühüm təhlükəsizlik məsələləri üzrə nadir təmaslardan biridir”, - nəşr yazır.
Müzakirələrlə tanış olan yüksək səviyyəli diplomat nəşrə bildirib ki, görüş sentyabrın 17-də İstanbulda baş tutub:
“Məqsəd Laçın yolunun açılmasına nail olmaq üçün Azərbaycana təzyiq etmək olub. Mövzu “o lənətə gəlmiş yük maşınlarını necə keçirmək” və ermənilərə ərzaq-yanacaq tədarükünü təmin etmək idi”, - diplomat bildirib.
Görüşdə ABŞ-ı Qafqaz üzrə müşavir Lui Bono, Avropa İttifaqını xüsusi nümayəndə Toivo Klaar, Rusiyanı isə Azərbaycan və Ermənistan arasında əlaqələr üzrə xüsusi nümayəndə İqor Xovayev təmsil edib.
Qarabağda baş verən proseslər Azərbaycana qarşı təzyiq cəhdinin baş tutmadığını göstərir. Çünki bu görüşdən iki gün sonra separatçıların mina terroru baş verdi və rəsmi Bakı 24 saatlıq əməliyyatla ərazilərimizdəki erməni separatizmini məhv etdi.
Asif
-
Nida Xəbər 12:55Heydər Əliyev - Müstəqil Azərbaycanın xilaskarı və dövlətçilik ideologiyasının banisi
-
Ekologiya12:47Bakıya yağış yağacaq - HAVA PROQNOZU
-
MDB12:40Hava limanında dəhşət: Doğduğu uşağı boğdu, özü də öldü
-
Ekologiya11:40Qrız, Xınalıq, Qusar və Şahdağa qar yağdı - FAKTİKİ HAVA
-
İqtisadi gündəm10:12Şirin bazarın acı rəqabəti: Yerli xammal üstünlüyü var, amma...
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
















.jpg)


















.jpg)

