Qarabağ
Bakı ilə üç prinsipdə razılaşdıq, tezliklə imza atacağıq - Nikoldan sülh sazişi açıqlaması
"Azərbaycanla sülh müqaviləsinin hazırlanması çərçivəsində üç əsas prinsip razılaşdırılıb. Tərəflər artıq razılaşdırılmış prinsiplərə sadiq qalarsa, sənəd tezliklə imzalanacaq".
Publika.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Erməni baş nazir üç prinsipin nədən ibarət olduğunu açıqlayıb.
“Birinci prinsip Ermənistanın 29,8 min, Azərbaycanın 86,6 min kvadratkilometr ərazisinin qarşılıqlı olaraq tanınmasıdır. Bu ərazi üzrə sərhədin demarkasiya və delimitasiyası aparılacaq.
İkincis prinsip üzrə tərəflər sərhədin Almaatı bəyannaməsi əsasında delimitasiyasının aparılmasına razılaşıb. Yəni tərəflər qəbul edir ki, sovet respublikalarının inzibati sərhədləri ölkələrin dövlət sərhədidir, bu toxunulmazdır. Delimitasiyası zamanı dövrün xəritələrinə istinad da vacibdir.
Üçüncü prinsip ölkələrin yurisdiksiyasında fəaliyyət göstərəcək regional kommuniasiyaların bərabərlik və qarşılıqlı şəkildə açılmasıdır”, - Nikol deyib.
Asif
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi




































