Qarabağ
Qarabağa köçürülən şəxslərin sayı açıqlandı
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib.
Bu barədə Publika.az-a Dövlət Komitəsindən məlumat verilib.
Qeyd olunub ki, Dövlət Komitəsi Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, qarşısına qoyulan tədbirlərin icrasını təmin edir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın işğaldan azad olunmuş ərazilərin bərpası və yenidənqurulması istiqamətində həyata keçirilən işləri daimi nəzarətdə saxlaması, məcburi köçkünlərin rahat və təhlükəsiz yaşayışının təmin edilməsi üçün həyata keçirilən işlər məcburi köçkünlərdə dərin razılıq və minnətdarlıq hissi doğurur. Onlar tezliklə doğma yurdlarına köçməyə, o yerləri yenidən dirçəltməyə can atır. Bildirilib ki, Böyük Qayıdış çərçivəsində indiyədək 3188 nəfər doğma yurdlarına köçürülüb. Dövlətimizin başçısının tapşırıqlarının, Böyük Qayıdış proqramına uyğun komitəyə həvalə edilmiş tədbirlərin icrası istiqamətində məqsədyönlü iş aparılır.
Kollegiya iclasında işğaldan azad edilmiş ərazilərə keçmiş məcburi köçkünlərin repatriasiya prosesinin təşkili istiqamətində həyata keçirilən tədbirlər, keçmiş məcburi köçkünlərə göstərilən kommunal xidmətlərin vəziyyəti, payız-qış mövsümünə hazırlıq, siyahıların dəqiqləşdirilməsi, vahid aylıq müavinətin verilməsi ilə bağlı görülən işlər, Böyük Qayıdış proqramı çərçivəsində işğaldan azad olunmuş ərazilərə köçürüləcək keçmiş məcburi köçkünlər arasında məlumatlandırma, təbliğat-izahat və təşviqat işlərinin aparılması, əhalinin yeni yaşayış şəraitinə adaptasiya olunması üçün reinteqrasiya tədbirlərinin təşkili istiqamətində aparılan işlər, Mənzil istismar departamentinin balansında olan qəsəbələrdə qış mövsümünə hazırlıqla əlaqədar görülən işlər və digər məsələlər barədə struktur bölmələrin rəhbərlərinin məruzələri dinlənilib, müzakirələr aparılıb.
Kollegiyada müzakirə olunan məsələlər üzrə müvafiq qərarlar qəbul olunub və tapşırıqlar verilib.
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı















.png)

.jpg)



.jpg)
















