Qarabağ
Azərbaycanlılar İrəvanda ev alacaq - Paşinyanın xəritəsi erməniləri qorxudur
09:06
Ermənistanın baş naziri Nikol Paşinyanın təqdim etdiyi “sülhün kəsişməsi” layihəsi ermənilər tərəfindən birmənalı qarşılanmayıb.
Publika.az xəbər verir ki, Paşinyanın bu layihəsi Zəngəzurdan dəhliz verməyin qarşısını almaq, əvəzində sadələşdirilmiş rejimlə kommunikasiyanın açılmasına nail olmaqdır.
Erməni hüquq müdafiəçisi Avetik İxşanyan isə iddia edir ki, bu layihə reallaşarsa, Ermənistan iqtisadiyyatı 100 faiz Azərbaycan və Türkiyənin nəzarətinə keçəcək.
“Əgər Paşinyanın göstərdiyi xəritə icra olunarsa, qısa zamanda Ermənistan iqtisadiyyatı Azərbaycan və Türkiyə iqtisadiyyatından asılı olacaq və 100 faiz dağılacaq. Azərbaycanlılar İrəvanda mənzillər və obyektlər alacaq, Ermənistanın demoqrafiyası dəyişəcək. Zamanla Ermənistan Azərbaycan və Türkiyənin iqtisadi, daha sonra siyasi nəzarətinə keçəcək”, - İxşanyan iddia edib.
Erməni ekspert Karen İgityan da iddia edir ki, bu layihədən Azərbaycan və Türkiyə daha çox qazanc əldə edəcək.

Qeyd edək ki, erməni ekspertlər Paşinyanın təqdim etdiyi layihəni tənqid etsə də, burada İrəvanın əsas hədəfi düşdüyü çıxılmaz vəziyyətdən xilas olmaq, kommunikasiyanın açılması məsələsində yurisdiksiya prinsipinə nail olmaq, yəni Ermənistandan keçəcək nəqliyyat yollarına nəzarəti itirməməkdir.
Asif
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı

















.png)

.jpg)


.jpg)
















