Qarabağ
Ermənilər silahları Qarabağdan belə çıxarıblar - Hiyləgər PLAN
Qarabağda separatçı rejimin ləğv edilməsindən sonra əsas müzakirə mövzularından biri Ermənistanın silahlı qüvvələrinin bölgədə qalan hərbi texnikasının taleyinin necə olacağıdır.
Publika.az xəbər verir ki, təslim olan separatçılar hərbi texnikanı Ermənistana apara bilməyib.
Özünü ləğv edən qondarma rejimin sonuncu “başçısı”Samvel Şahramanyan bildirib ki, ağır texnikanı Laçın postundan keçirə bilməyəcəkləri üçün Qarabağda qoymağa məcbur olublar.
Hazırda Azərbaycan ordusu və Rusiya sülhməramlıları bölgədə qalan silah-sursatın mühafizə edilməsi məqsədilə birlikdə postlar yaradır.
“Hraparak” nəşri isə yazır ki, hərbi maşınların bir hissəsini Ermənistana aparmaq mümkün olub. Bunu həyata keçirmək üçün separatçılar hiyləyə əl atıblar.
“Ordu” ləğv edildikdən sonra hərbi maşınların nömrələri çıxarılıb, yerinə mülki nömrələr qoyulub və erməni əhalisinin bir qismi həmin maşınlarda Ermənistana aparılıb”, - nəşr yazır.
Mülki nömrəli avtomobillərdə mülki əhali olduğu üçün Azərbaycan hərbçiləri onların keçidinə şərait yaradıb.
Nəşr qeyd edir ki, Qarabağdan çıxara bilmədikləri texnikanın bir qismi məhv edilib: “Bəzi texnikalar partladılaraq, sıradan çıxarılıb. Azərbaycanın nümayiş etdirdiyi silahlar döyüş vaxtı ələ keçirdikləridir. Qalan texnika isə sülhməramlılara təhvil verilib”.
Qeyd edək ki, erməni hərbçilərin yüngül silahları, xüsusilə avtomat və tapançaları Ermənistana apara bildiyinə dair məlumatlar var.
Asif
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi




































