Qarabağ
Separatçıların həbsi ilə bağlı yeni təfərrüatlar yayıldı - Tarixi əməliyyat
Ermənistan mediası Qarabağda məhv edilən erməni separatçıların qandallanaraq Bakıya gətirilməsi ilə bağlı yeni iddialar irəli sürüb.
Publika.az xəbər verir ki, keçmiş separatçı “rəhbərlər” Araik Arutyunyan, Bako Saakyan və Arkadi Qukasyanın helikopterlə Ermənistana aparılması üçün Bakı ilə danışıqlar aparılıb.
“Hraparak” nəşri yazır ki, Azərbaycan buna qəti şəkildə razı olmayıb: “Laçın sərhəd-keçid məntəqəsindən keçmək istəyən (qondarma) “milli təhlükəsizlik naziri” Ararat Melkumyan və “daxili işlər naziri” Karen Sarkisyan saxlanılıb. Bildiriblər ki, keçmiş liderlər” təslim olacaqları təqdirdə onlar buraxılacaq. Bundan xəbər tutan keçmiş “liderlər” gizləndikləri yerdən çıxıb, bundan sonra digərlərinin keçidinə icazə verilib”.
Separatçıların silahlı dəstələrinin “komandiri” olmuş Levon Mnatsakanyan isə Laçın postundan keçmək istəyərkən saxlanılıb.
Nəşr iddia edir ki, Azərbaycan sərhədçiləri Mnatsakanyanı saxladıqda ondan “Qarabağ Azərbaycandır” deməsini istəyiblər. Erməni mediası onun bunu deməkdən imtina etdiyini iddia edir, lakin bəzi mənbələr Mnatsakanyanın “Qarabağ Azərbaycandır” dediyini bildirirlər.
Separatçı “liderlərin” qandallanaraq Bakıya gətirilməsi ermənilər arasında ciddi ruh düşkünlüyü yaradıb. Çünki onlar “qəhrəman” elan edilmişdi və həmişə düşünürdülər ki, işğal davam edəcək. Azərbaycan torpaqlarını işğaldan azad edəndən sonra, erməni separatizmini tarixin zibilliyinə göndərdi və separatçıları qandallayaraq, “erməni xülyalarını” məhv etdi.
Asif
-
ABŞ06:16ABŞ-da təyyarə qəzası: Məşhur israilli aktyor həlak oldu
-
İdman05:15Mbappe və Dembele arasında gərginlik iddiası: Cavabsız mesaj böhranı dərinləşdirib
-
Dünya04:30Şimali Kiprdə batan gəmi ilə bağlı yeni faktlar üzə çıxdı
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı













.webp)


















.jpg)

