Qarabağ
Xankəndidə qələbə paradına hazırlıq - Ermənistanda isteriya yaşanır
09:12
Noyabrın 8-də Xankəndində qələbə paradının keçiriləcəyi haqda yayılan məlumatlar Ermənistanda kədərlə qarşılanıb.
Publika.az xəbər verir ki, Xankəndidə planlaşdırılan paradla bağlı informasiyanı tirajlayan Ermənistan mediası Paşinyan hakimiyyətini və Qarabağda ləğv edilmiş separatçı rejimin “rəhbərlərini” tənqid edir.
Erməni şərhçi Qalust Qriqoryan Xankəndidə qələbə paradının keçirilməsini “erməni xəyallarının sonu” adlandırır.
“Verelq” saytı isə paradı Paşinyan hakimiyyətinin 2018-ci ildən sonra həyata keçirdiyi siyasətin məntiqi sonluğu olaraq şərh edib.
“Hraparak” nəşri isə paradda Prezident İlham Əliyevin iştirakını xüsusilə vurğulayıb.
Qeyd edək ki, noyabrın 8-də keçirilməsi planlaşdırılan hərbi paradda Prezident İlham Əliyevin iştirak edəcəyi, qələbə mərasiminin daha sonra Şuşada davam etdiriləcəyi haqda məlumat yayılıb.
Erməni separatizminin ləğvindən sonra Xankəndidə hərbi parad hazırlığı Ermənistanda isteriya ilə qarşılanır. Bu isteriyanın paradın keçiriləcəyi gün daha da artacağı gözləniləndir.
Asif
-
Rəsmi xronika15:48İlham Əliyev və ailə üzvləri “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış oldular - FOTO
-
Sosial15:34Bərdədə müəllim "TikTok"dakı təhqirə görə cəzalandırıldı
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
















.png)

.jpg)



.jpg)
















