Qarabağ
Vejnəli yatağının ərazisi minalardan təmizləndi - Nazir
Zəngilan rayonunda yerləşən Vejnəli qızıl yatağının ərazisi minalardan təmizlənmiş və orada tədqiqat və istismara hazırlıq işlərinə başlanılıb. Lakin sonradan sel suları ilə gələn partlamamış sursatlar yenidən təhlükə yaradıb. Bununla əlaqədar hazırda ANAMA tərəfindən həmin ərazilərdə yenidən müvafiq tədbirlər görülür.
Publika.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev noyabrın 4-də Milli Məclisdə “Mina təhlükəsi ilə mübarizə - partlayıcı sursatların ekosistemə təsiri” mövzusunda keçirilən ictimai dinləmədə deyib.
“Əminəm ki, mina probleminin həlli regionda meşə fondunun və biomüxtəlifliyin bərpası, xüsusi mühafizə olunan təbiət ərazilərinin genişləndirilməsi, milli parkların yaradılması, yaşıllıq massivlərinin artırılması və bununla da işğaldan azad olunmuş ərazilərdə ekosistemin bərpasına, sağlam ətraf mühitin yaradılmasına böyük təkan verəcək”, - nazir bildirib.
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi




































