Qarabağ
Sabah bütün Azərbaycan xalqı qəlbən Xankəndidə olacaq - Millət vəkili
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə 2020-ci il sentyabrın 27-dən etibarən başladığı zəfər yürüşündə inanılmaz uğurlar əldə etdi 44 gün sürən hərbi əməliyyatlar nəticəsində rəşadətli Azərbaycan Ordusu ərazilərimizi işğalçılardan təmizlədi.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 3 dekabr tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi qərara alındı.
Millət vəkili Fazil Mustafa bu böyük bayram münasibətilə fikirlərini Publika.az-a bölüşüb:
“Bu olduqca gözəl gündür. Bu gün bu zəfəri Qarabağın paytaxtında, simvolik olaraq ermənilərin özləri üçün "alınmaz qala" hesab etdikləri qədim Azərbaycan torpağında, Xankəndidə qeyd edirik. Bununla da ermənilərin xəyallarını puça çıxarmış oluruq. Bayramımızı yüksək səviyyədə qeyd edəcəyik. Azərbaycanın Ali Baş Komandanı bu Zəfər Gününü qeyd etməyə ən çox haqqı olan şəxsdir. Sabah bütün Azərbaycan xalqı qəlbən Xankəndidəki paradda olacaq”.
Aysel Şahmar
-
Hadisə14:26Könül Həmzəyevaya qarşı 300 min manatlıq dələduzluq
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?























.jpg)















