Qarabağ
Erməni bloger Paşinyanın “Qarabağ qaçqını” planını de-şifrə etdi - DETALLAR
Milliyyətcə erməni olan məşhur bloger və ictimai xadim İşxan Verdyan Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsindən köçən ermənilərə “qaçqın statusu” verilməsi ilə bağlı siyasətini kəskin tənqid edib.
Publika.az xəbər verir ki, İ.Verdyan Qarabağdan gedən ermənilərin əslində Ermənstan vətəndaşı olduğunu deyib.
“Qarabağda yaşamış və Ermənistana köçmüş erməni millətindən olan şəxslərin demək olar ki hamısı Ermənistan Respublikasının dövlət pasportlarına malikdir. Bu sənəd hüquqi, legitimdir və həm Ermənistan ərazisində, həm də xaricdə tam qüvvəyə malikdir. Sənəddə aydın şəkildə təsdiqlənir ki, onun daşıyıcısı Ermənistan Respublikasının vətəndaşıdır. Ona görə də Ermənistan hökumətinin Qarabağdan bu ölkəyə gələn və əllərində belə pasport olan şəxslərə “qaçqın statusu” verilməsi barədə qərarı hamını açıq çaşqınlıq durumuna salıb. Hamını bir sual narahat edirdi: necə olur ki, Ermənistan öz vətəndaşlarına gələcəkdə öz vətəndaşlığını almaq perspektivi ilə “qaçqın statusu” təklif edir?” – erməni bloger qeyd edib.
İ.Verdyan bildirir ki, hamı baş nazir Paşinyanın belə bir qərarının qanuniliyi üzərində düşünərkən, sonuncu vəziyyətə aydınlıq gətirə biləcəyini hesab edərək yeni təşəbbüs irəli sürüb: “Paşinyan deyib ki, Qarabağ ermənilərinə verilən pasportlar sadəcə yol sənədləridir. Bəli, belə bir qərar qısamüddətli perspektivdə müəyyən qədər aydınlıq gətirdi, lakin uzunmüddətli perspektivdə Ermənistanı xilas ola bilməyəcəyi tələyə saldı. Paşinyan nə deyir? O deyir ki, Ermənistan Respublikasının verdiyi və onun mülkiyyəti olan rəsmi sənədlər əslində, rəsmi sənəd deyil və onun mülkiyyəti deyil. Ermənistan Respublikasının qanunlarına görə hüquqi əməliyyatların aparılması üçün sənəd, ümumiyyətlə, yol sənədi deyil, məhz Ermənistan Respublikası vətəndaşının pasportu olduğundan, Qarabağ ermənisinin Ermənistan Respublikasında həyata keçirdiyi istənilən hüquqi aktın (istər bank köçürməsi, istər daşınmaz əmlakın alınması, istərsə də klinikaya gediş və s.) həyata keçirilməsi Ermənistan Respublikası qanunlarının kobud şəkildə pozulmasıdır. Belə çıxır ki, Ermənistan Respublikasının ərazisində sənəd kimi əlində sertifikat və ya tualet kağızı ilə istənilən rəsmi əməliyyatı həyata keçirə bilərsiniz”.
Erməni bloger qeyd edir ki, real vəziyyət fərqlidir və Qarabağ ermənilərinin pasportları Ermənistan Respublikası vətəndaşının tam hüquqlu pasportlarıdır və xarici dövlətlərin rəsmi qurumları tərəfindən də məhz bu cür qəbul edilir. “Hansısa ölkəyə viza alan Qarabağ sakini (Qarabağ ermənisi – red.) onu Ermənistan vətəndaşı kimi alır. Dünyanın heç bir ölkəsi konkret ölkənin vətəndaşı olmayan şəxsə viza verməz. Beləliklə, Qarabağ ermənisinin xaricə istənilən səfəri onun Ermənistan Respublikasının vətəndaşı olmasının və pasportunun Ermənistan Respublikasının rəsmi pasportu olduğunun sübutu sayıla bilər”.
İ.Verdyan bildirir ki, Ermənistan Respublikasının vətəndaşı olan Qarabağ erməniləri Ermənistan Respublikasında vətəndaş kimi qeydiyyatda deyillər: “Bu, ən maraqlı məqamdır. Ermənistan Respublikasının dövlət reyestrində Ermənistanın rəsmi pasportlarını təqdim etdiyi və bununla da onları öz vətəndaşı kimi tanıdığı şəxslər haqqında heç bir qeyd yoxdur. Yəni pasportlara görə, bu vətəndaşlar var, əslində isə yoxdur. Bəs, Ermənistan öz vətəndaşlarının pasportlarını kimə paylayıb? Ermənistan Azərbaycan vətəndaşlarına öz vətəndaşlarının pasportlarını paylayıb. Faktiki deyil, potensial vətəndaşlarına, çünki Ermənistan Qarabağ ərazisində hər hansı qanuni hərəkətləri bloklayıb, Azərbaycan erməniləri isə Azərbaycan hökumətinin dəfələrlə bəyan etdiyi kimi, öz dövlətləri ilə ünsiyyət qurmaq imkanından məhrum ediliblər. Beləliklə, Azərbaycanda yaşayan və əslində Ermənistan Respublikasının vətəndaşı olmayan şəxslərin əlində Ermənistan pasportlarının olması Qarabağın Ermənistan tərəfindən ilhaqının birbaşa hüquqi sübutundan başqa bir şey deyil. Ermənistanın Azərbaycan vətəndaşlarına öz pasportlarını qanunsuz olaraq paylaması onun bu ölkəyə qarşı xalis təcavüzkar olduğunu birbaşa sübut etdi” - erməni bloger qeyd edib.
İ.Verdyan bildirib ki, bütün bunların nəticələrini dəqiq anlayan Paşinyan Qarabağ ermənilərinin pasportlarının “yol sənədi” olduğunu bəyan edərək, hər şeydən boyun qaçırmağa tələsdi. Onun sözlərinə görə, Paşinyan məsuliyyəti öz üzərindən atmağa çalışır, lakin Qarabağ ermənilərinin pasportlarını çap edən Ermənistan Respublikasının özü ona etiraz edir.
“Və nəhayət, tortun bəzəyi. Ermənistan pasportunda “Verən orqanın adı” sütunu var və orada pasportu verən pasport şöbəsinin kodu yazılır. Qarabağ ermənilərinin pasportlarında “070” kodu yazılıb. Ermənistanda bu kod altında filial yoxdur, çünki o bütün Qarabağ ərazisi üçün nəzərdə tutulub. Bütün pasportlar Ermənistanda çap olunduğundan, bu o deməkdir ki, Ermənistan Qarabağın bütün ərazisini özünün qeyri-qanuni bölgəsi kimi müəyyənləşdirib, bu bölgə üçün kod təyin edib və bu bölgənin sakinlərinə bu kodla pasportlar verməyə başlayıb. Siz ərazini rəsmi olaraq öz əraziniz kimi tanımırsınız, ancaq ora ilə bağlı sərbəst şəkildə sərəncam verirsiniz – bu da Azərbaycan ərazilərinin ilhaqının bariz əlamətidir” – İşxan Verdyan yazıb.
-
Ekopublika.az05:15
Azərbaycanda bu məhsullar UCUZLAŞDI
-
Dünya02:43
İki bələdiyyə sədrinə cinayət işi açıldı - Vəzifədən uzaqlaşdırıldılar
-
Dünya01:55
Berbokun Bakıda niyə nikah üzüyü taxmadığı bilindi
-
Hadisə00:55
Azərbaycanlı "diplomat" İstanbulda saxlanıldı - 70 kilo qızılla
-
Qoroskop00:35
Günün qoroskopu: çəkdiyiniz zəhmətin bəhrəsini görəcəksiniz
-
İdman22 Noyabr 23:18
“Qarabağ” rəqəmlərlə Fransaya elə bir mesaj verdi ki… - FOTO
-
Nida Xəbər 22 Noyabr 23:03
Bakıda keçirilən COP29 bu tarixdə bitəcək
-
Magazin122 Noyabr 22:02
Aşıq Zülfiyyə: "Oğlumla 3 gündür danışmıram, bütün nömrələrini "blok"a atmışam" - VİDEO