Qarabağ
Şuşaya köç gələn ildən başlayacaq
Bu ilin sonunda Şuşada yaşayış kompleksinin başa çatdırılması planlaşdırılır, 2024-cü ilin birinci rübündə isə köç başlayacaq.
Publika.az xəbər verir ki, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində 23 binadan ibarət yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olublar.
Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirildi ki, 23 binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi 8 hektara yaxındır. Burada 8 binanın tikintisinə ötən il iyulun 1-də, 15 binanın inşasına isə sentyabrın 1-də başlanılıb. Kompleksin tikintisinin bu ilin sonunda başa çatdırılması planlaşdırılır.
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva hazır mənzillərdə yaradılan şəraitlə tanış olublar.
Məlumat verilib ki, yaşayış kompleksində ümumilikdə 450 mənzil istifadəyə veriləcək. Burada 28 birotaqlı, 195 ikiotaqlı, 190 üçotaqlı, 30 dördotaqlı və 7 beşotaqlı mənzil olacaq. Mənzillərin əksəriyyəti keçmiş məcburi köçkünlərin istifadəsinə veriləcək. Üçmərtəbəli və beşmərtəbəli binalardan ibarət kompleksdə sakinlərin rahat yaşayışı üçün hər cür şərait yaradılacaq. Keçmiş məcburi köçkünlərin bu binalara köçürülməsinə 2024-cü ilin birinci rübündə başlanılacaq.
-
Dünya12:18NATO-dan müharibə çağırışı: Hər kəs hazır olsun
-
Rəsmi xronika11:38"Zəngəzur dəhlizi tarixi İpək Yolunun dirçəldilməsinə xidmət edəcək" - PREZİDENT
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi



































