Qarabağ
Şuşada elektrikli avtobuslar fəaliyyət göstərəcək
"Şuşa şəhərində kiçiktutumlu və elektrikli sərnişin avtobusları fəaliyyət göstərəcək".
Publika.az xəbər verir ki, bu barədə AZƏRTAC-a müsahibəsində Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov məlumat verib.
O bildirib ki, Şuşada daxili küçə və yol şəbəkəsinin yenidən qurulması layihəsi ilə paralel olaraq şəhərin ictimai nəqliyyat sisteminin təkmilləşdirilməsi də aparılacaq: “Yol şəbəkəsinin qurulması ilə birlikdə ictimai nəqliyyat da fəaliyyətə başlayacaq. Şuşa şəhərinin qoruq olmasını və tarixi yol şəbəkəsini nəzərə alaraq onu deyə bilərəm ki, burada daha çox kiçik tutumlu və elektrikli sərnişin avtobusları fəaliyyət göstərəcək”.
A.Kərimov deyib ki, Şuşa şəhəri ərazisində mövcud olan su, qaz, işıq xətlərinin hamısı yerin və səkilərin altına keçiriləcək, küçələr tam yenidən qurulacaq: “Ümumi uzunluğu 56 kilometr olan daxili küçə və yol şəbəkəsinin ilk 17 kilometrlik hissəsinin tikintisinə isə gələn il başlanılacaq. Bu yol mühəndis təminat xətləri ilə birlikdə tam yenidən qurulacaq”.
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
























.jpg)















