Qarabağ
Azərbaycanlılar bu sənədə əsasən Göyçədə məskunlaşacaq - Ermənilər TƏŞVİŞDƏ
09:06
“Bakı və İrəvan arasında sülh sazişinə dair ilkin sənəd imzalana bilər və bu sənəd Azərbaycanın Zəngəzurla bağlı hədəflərinə nail olmaq imkanı verəcək”.
Publika.az xəbər verir ki, bu barədə erməni politoloq Armen Bağdasaryan deyib.
Onun sözlərinə görə, sənəddə azərbaycanlı qaçqınların geri qayıdışı əks oluna bilər: “Bu sənədə əsasən azərbaycanlılar Sevanda (Göyçə) addım-addım məskunlaşmağa başlayacaq”.
Bağdasaryan qeyd edib ki, Rusiya Ermənistanı qorumadığı kimi, Paşinyan hakimiyyətinin Qərbə bel bağlaması da heç nəyi dəyişdirməəcək.
“Ermənistan illüziyaların arxasınca hərəkət edir. Halbuki, təhdid mövqcud olanda Qərbin bununla üzləşmək üçün nə resursu, nə də həvəsi var. Qərbin maraqları tamamilə başqadır və Türkiyə ilə Azərbaycan onun üçün Ermənistandan qat-qat önəmlidir”, - o deyib.
Erməni politoloq qeyd edib ki, ATƏT PA-nın iclasında Rusiya, Türkiyə və Azərbaycanın iştirak etməməsi bu üç ölkənin Ermənistana qarşı eyni mövqedən çıxış etdiyinə işarə idi:
“Hər üç ölkənin maraqları üst-üstə düşür, İran isə qəti şəkildə üçüncü tərəfin, yəni Qərbin bölgədə olmasını istəmir. Region ölkələrinin mövqeyi bəllidir. Əgər Ermənistan həqiqətən də sülh istəyirsə, bu sülhü öz maraqlarını güdən Qərbin deyil, regional oyunçuların iştirakı ilə regionun daxilində axtarmalıdır.
Qərb platformasında hansısa sənəd imzalana və bu razılaşmalar Ermənistan üçün sərfəli görünə bilər. Lakin reallıq budur ki, belə bir razlaşma olsa belə, praktiki olaraq işləməyəcək. Türkiyə, Rusiya və İranın iştirakı ilə regionda imzalanacaq razılaşma Ermənistanın ürəyində olmasa belə, bu, mütləq praktikada da icra olunacaq. Yəni Ermənistanın təhlükəsizliyi bundan ibarətdir”, - Bağdasaryan bildirib.
Asif
-
Rəsmi xronika13:04Penitensiar xidmətin rəisi vəzifəsindən azad edildi
-
Dünya12:38Onunla uşaq kimi davranırdı: Budanovla Trampın elçisi arasında nə baş verib?
-
Rəsmi xronika12:29Prezidentin sosial şəbəkə hesablarında forumla bağlı paylaşım - FOTO
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ























.jpg)















