Qarabağ
Qriqoryan Xankəndidən müraciət yaydı, erməniləri ifşa etdi - İrəvana göndərilən VİDEO
Xankəndidə yaşayan Muşeq Qurqeni Qriqoryan (Mişa) Ermənistan mediasında guya azərbaycanlıların ona işgəncə verdiyinə dair yalanlarını ifşa edib.
Publika.az xəbər verir ki, Mişa Qriqoryan Ermənistan mediasının yalanlarını təkzib etmək məqsədilə videomüraciət hazırlayıb.
O, Xankəndidə rahat şəraitdə yaşadığını deyib.
“Burada heç kim mənə toxunmur, çox rahat və əvvəlkindən də yaxşı yaşayıram. Burada mən özümü azərbaycanlıların qardaşı kimi hiss edirəm. Mənə hörmət edirlər. Baxın əlim, ayağım yerində. Burada çox rahat və sərbəstəm, sərbəst şəkildə hara istəsəm gedirəm, gəlirəm. Sonda isə ermənilərə səslənirəm. Mehriban qonşu kimi gəlin bir yerdə yaşayaq”, - Qriqoryan deyib.
Ermənistan mediası Qarabağa qayıtmaq istəyənlər üçün problemlərin yaranacağına dair iddialar irəli sürür. Reallıq isə tam başqadır, Muşeq Qriqoryanın özü də bunu etiraf edir. Prezident İlham Əliyevin dediyi kimi, kim istəyirsə, Azərbaycan pasportu alıb, tam hüquqlu vətəndaşımız kimi, Azərbaycan ərazisində yaşaya bilər.
Ermənistan siyasi hakimiyyətinin məkrli planı və xislətini elə erməninin özü ifşa etdi. Qarabağdan olan erməniləri əlində əsir kimi saxlayıb, onların adından gündə bir quruma şikayət edərək nəsə əldə etmək planları ifşa edilir. Çünki Azərbaycan ərazisində, Azərbaycan vətəndaşlığı almış heç bir erməniyə toxunulmur. Əksinə, daha rahat və normal həyat bəxş edilir.
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



























.jpg)












