Qarabağ
Rusiya MN Xankəndidəki hadisəni TƏSDİQLƏDİ
Rusiya sülhməramlı kontingenti Azərbaycan Respublikasının Qarabağ iqtisadi rayonu ərazisindəki 18 müşahidə məntəqəsində tapşırıqların icrasını davam etdirir.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirlyi məlumat yayıb.
Bildirilib ki, Rusiya sülhməramlı kontingentinin məsuliyyət daşıdığı ərazidə atəşkəs rejiminin pozulması qeydə alınmayıb.
Mülki əhaliyə münasibətdə təhlükəsizliyin və humanitar qanunlara əməl olunmasının təmin edilməsinə yönəlmiş Bakı ilə davamlı qarşılıqlı əlaqə saxlanılır.
"2023-cü il dekabrın 11-də Rusiya sülhməramlı kontingentinin BTR-82-nin dağ yolundan çıxması nəticəsində Rusiya Silahlı Qüvvələrinin bir hərbçisi həlak olub, ikisi orta və ağır xəsarətlər alıb.
Azərbaycan tərəfinin iştirakı ilə xəsarət alan sülhməramlılara hər cür tibbi yardım göstərilib.
Xəsarət alan hərbçilər sonrakı müalicə üçün hava yolu ilə Rusiya sülhməramlı kontingentindən hospitalın tibb müəssisəsinə aparılıblar", - nazirlikdən bildirilib.
Qeyd edək ki, ötən gün Rusiya sülhməramlı kontingentinə məxsus zirehli döyüş maşını Xankəndidə dərəyə aşıb.
Hüseyn İbadlı
-
Region11:12İranda məşhur müğənnini şallaqladılar - VİDEO
-
Dünya10:54NATO-dan Türkiyə açıqlaması: “Qara dənizdə ciddi hadisələr baş verir”
-
MDB07:15Kreml “kosmik qiyamət”ə hazırlaşır?!
-
İdman03:19Qari Nevill emosiyalarını cilovlaya bilmədi: Canlı yayımda özünü şillələdi
-
Qoroskop00:45Günün ulduz falı: Seçim etməli olacaqsız
-
İdman23 Noyabr 22:18“Barselona” Bakıda: Hansı futbolçular gəldi? - Video/Yeniləndi
-
Ekopublika.az23 Noyabr 19:30Maaşda Bakını üstələyən rayon və şəhər hansıdır?
-
Dünya23 Noyabr 18:30“Nvidia”da sensasiyalı dönüş: Huanq vəzifəsinə qayıtdı



































