Qarabağ
Bakı ilə Moskva Zəngəzur məsələsində razılaşıb? - İrəvan çarəsiz durumda
“Mən yaxın gələcəkdə Bakı və İrəvan arasında sülh sazişinin imzalanması imkanını görmürəm. İki ölkə arasında müharibə təhlükəsi həmişə möcuddur və bir çox məsələ Əliyevdən asılıdır”.
Publika.az xəbər verir ki, bu barədə “Qara bağ” kitabının müəllifi britaniyalı jurnalist Tomas de Vall Ermənistan mediasına müsahibəsində deyib.
Vaxtilə Qarabağ həqiqətlərindən danışan Tomas de Vallın son vaxtlar erməniprəst mövqeyi ilə seçildiyi müşahidə edilir, bu baxımdan, onun erməni KİV-lərində irəli sürdüyü iddiaların bir çoxu qərəzlidir. Lakin keçmiş Qarabağ münaqişəsini araşsdıran britaniyalı jurnalistin proseslərin bundan sonrakı inkişafı haqda dedikləri də diqqətdən yayınmır.
Onun fikrincə, mövcud vəziyyətdə kommunikasiyaların açılması hamının marağındadır.
“Lakin indi vəziyyət 2020-ci ilə nisbətən daha mürəkkəndir və mən nəticə əldə etmək üçün lazım olan konsensusu görmürəm. Türkiyə Ermənistanla sərhədin açılmasını, Naxçıvana və Azərbaycanın əsas hissəsinə, orada da Xəzər dənizinə dəmir yolu üzərindən çıxış əldə etməyi istəyir. Amma burada əsas məsələ Gümrü və Zəngəzurdan keçən dəmir yolunun təhlükəsizliyini kimin qoruyacağıdır”, - o deyib.
Moskva və Bakı arasında Qarabağ və Zəngəzurla bağlı razılaşma olubmu?
T.Vall erməni jurnalistlərin bu sualının tam cavabını verə bilməyib. Hərçənd, o Azərbaycanın Zəngəzura hücumu haqda deyilənləri də qəbul etmir. Onun fikrincə, Azərbaycan, Türkiyə və Rusiyanın məqsədi Ermənistana təzyiq etmək və Zəngəzur dəhlizini açmaqdır.
Qeyd edək ki, Ermənistan mediası Rusiya və Azərbaycanın Moskvanın Zəngəzur dəhlizində iştirakına qarşı Qarabağda Bakıya maneənin yaradılmaması haqda razılaşmasının olduğunu iddia edir.
Asif
-
Qoroskop01:20Günün ulduz falı: sağlamlıq problemləri ilə üzləşə bilərsiz
-
İKT2 Oktyabr 20:00Kiberdələduzlar yeni üsula keçdi - DTX-dən vətəndaşlara xəbərdarlıq
-
Rəsmi xronika2 Oktyabr 18:40İlham Əliyev: Biz emosiyalara qapılsaydıq, üçüncü Zəfər Tağı İrəvanın mərkəzində ucaldılardı - Video
-
Nida Təhlil 2 Oktyabr 17:34YAP-ın yaranması: Qarabağ zəfərindən yeni ideoloji mərhələyə doğru
-
Rəsmi xronika2 Oktyabr 15:55Prezidentin sosial media hesablarında YAP-ın VIII Qurultayında iştirakına dair videoçarx paylaşıldı
-
Rəsmi xronika2 Oktyabr 15:44Prezidentdən Misir Mərdanovla bağlı sərəncam
-
Nida Xəbər 2 Oktyabr 15:26Pensiya artımında YENİLİK: Hamıya eyni məbləğ verilməyəcək
-
Qoroskop2 Oktyabr 14:38Başı bəladan qurtulmayan 4 bürc

































.jpg)

