Qarabağ
Ağdamda İşğal və Zəfər Muzey Komplekslərində tağvari hasar tikiləcək
Ağdamda inşa ediləcək İşğal və Zəfər Muzey Komplekslərində xüsusi tağvari hasar tikiləcək.
Publika.az əbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad olunmuş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin məsləhətçisi Faiq Hacıyev "Mədəni İrs" Forumunun "Mədəni irs və müasir memarlıq- şəhərsalma prinsipləri" panelində çıxışı zamanı deyib.
"Bu tağvari hasarın inşasında Ağdamda dağıdılmış binaların daşları istifadə olunacaq. Bunun da, aydın məsələdir ki, mənəvi əhəmiyyəti var. Bu daşlar tarixin yaddaşını yaşadan daşlardır", - F.Hacıyev söyləyib.
O, Füzulidə Zəfər yolunun kənarında yaşayış binalarının salındığını əlavə edib: "Belə ki, 846 mənzildən ibarət birinci yaşayış məhəlləsində yaxın aylar ərzində tikinti işlərinin yekunlaşması gözlənilir".
F.Hacıyev "Böyük Qayıdış" planına uyğun olaraq 2026-cı ilə qədər Qarabağ iqtisadi rayonu üzrə Ağdamda 1 şəhər 12 kənd, Füzulidə 1 şəhər 10 kənd, Xocavənd rayonu Hadrut qəsəbəsi Tuğ kəndi layihələndirilərək inşa ediləcəyini vurğulayıb.
-
Nida Xəbər 11:23Borcla bağlı tələb qiymətli kağızlara yönəldiləcək
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video



















.jpg)







.jpg)











