Qarabağ
Separatçıların fotosu Ermənistanı qarışdırdı - İrəvanda Bakı qalmaqalı
İrəvanın Xancyan küçəsində separatçıların, üzərində “erməni liderlər Bakıda həbsdədir” yazılan fotosunun götürülməsi Ermənistanda ciddi müzakirəyə səbəb olub.
Publika.az xəbər verir ki, hakimiyyət və müxalifət bu məsələ üzərindən bir-birini ittiham edir.
Ermənistan müxalifəti Nikol Paşinyanı İlham Əliyevdən qorxmaqda günahlandırır.
Müxalif politoloq Suren Surenyants bildirib ki, Bakıda həbsdə olan separatçıların azadlığı Ermənistanın ümumilli konsoldasiya mövzusu olmalıdır: “Lakin Əliyev bu və ya digər formada “artsax” sözü ilə bağlı olan bütün mövzuların daxili siyasi müzakirədən belə çıxarılmasını tələb edir. Mən Qarabağ məsələsinin bağlandığını düşünənlərdənəm, “artsax”ın yenidən diriləcəyi haqda fikirləri şaiyələr hesab edirəm. Amma Bakıda həbsdə olanların azad edilməsi başqa məsələdir”.
Paşinyana yaxın media isə Bakıda həbsdə olan separatçıların “Qarabağın siyasi elitası” adlandırılmasının əleyhinə çıxır. Erməni şərhçi Vahram Atanesyan bildirib ki, Bakıda həbsdə olanlardan yalnız biri – Davit İşxanyan Qarabağda qondarma rejimin “məmuru” idi: “Arkadi Qukasyan, Bako Saakyan, Araik Arutyunyan, Ruben Vardanyan, Levon Mnatsakanyan, Davit Babayan, David Manukyan isə keçmişdə qalıb. İşxanyan istisna olmaqla “hökumətin” (separatçı rejim-red) bütün üzvləri İrəvana köçürülüb. Bakıda həbsdə olanların isə bura heç bir aidiyyəti yoxdur. Misal üçün, Arkadi Qukasyan 10 ildən artıqdır heç bir rol oynamır. Bu baxımdan, Bakıda həbsdə olanların “Qarabağ hökumətinin” üzvləri kimi təqdim edilməsi doğru deyil”.
Asif
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq



















.jpg)
.jpg)

















