Qarabağ
Ağdamın bu məhəllələrinə 8 mindən çox adam köçürüləcək
Prezident İlham Əliyevin dekabrın 24-də Ağdama səfəri zamanı təməlini qoyduğu 4-cü və 5-ci yaşayış məhəllələrinə 8 min nəfərdən çox adamın köçürülməsi nəzərdə tutulur.
Publika.az xəbər verir ki, bunu Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə Prezidentin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev bildirib.
"4-cü yaşayış məhəlləsinin ərazisi 13,96 hektar, bura köçürülməsi nəzərdə tutulmuş əhalinin sayı 4 450 nəfər təşkil edir. Ümumilikdə 1, 2, 3 və 4 otaqdan ibarət olan mənzillərin sayının 1 080 olması nəzərdə tutulur. 5-ci yaşayış məhəlləsinin isə ərazisi 12,12 hektar, bura köçürülməsi nəzərdə tutulmuş əhalinin sayı 3 803 nəfər təşkil edir. Mənzillərin sayının isə 1 115 olması planlaşdırılır.
Burada mənzillərdən başqa istirahət guşələrinin, futbol meydançalarının, yerüstü dayanacağın, söhbətgahın, uşaq oyun meydançalarının tikintisi nəzərdə tutulub. Həmçinin yaşayış kompkeksləri daimi su, elektrik enerjisi və yüksəksürətli internetlə təchiz ediləcək. İstilik və isti su təchizatının isə mərkəzi qazanxana sistemi vasitəsi ilə təmin edilməsi planlaşdırılır. Yaşayış komplekslərində işlər mərhələli şəkildə həyata keçiriləcək. Yaxın zamanlarda ilk olaraq söküntü və şaquli planlama işlərinə başlanacaq. Növbəti mərhələdə isə yaşayış binalarının tikintisinə başlanması nəzərdə tutulub”, - deyə o qeyd edib.
-
Rəsmi xronika10:36İlham Əliyev açılış mərasimində iştirak etdi - VİDEO/YENİLƏNDİ
-
İdman09:52Dasayev inancı haqda: Müsəlmanam, həmişə qapıya Quran qoyurdum, İspaniyada oğurladılar
-
Avropa09:27II Albertin əmisi oğlu parkda ölü tapıldı
-
Nida Xəbər 09:15Deputatın oğlunun adı keçən kütləvi dava ilə bağlı 13 nəfər həbs edildi - RƏSMİ
-
ABŞ08:12ABŞ İran yaxınlığında hərbi fəallığını artırdı - Son bir həftədə nələr dəyişdi?
-
İdman07:55“Qızıl top”un qalibləri kimlər oldu? - Siyahı|Yeniləndi
-
Ekopublika.az05:45Bakının bu ərazilərində ucuz mənzillər satılır - Video
-
Qoroskop02:19Günün ulduz falı: İş yükü sizdə zehni gərginlik yaradacaq



















.jpg)
.jpg)

















