Qırmızı.az
Müdafiə naziri orduda çalışan media nümayəndələrini mükafatlandırıb
Ölkə Prezidenti cənab İlham Əliyevin iyunun 2-də imzaladığı Azərbaycan milli mətbuatının 140 illik yubileyinin keçirilməsi haqqında sərəncamın icrası ilə əlaqədar Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində orduda çalışan kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə tədbir keçirilib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, müdafiə nazirinin müavini - Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev mətbuat işçilərini salamlayaraq onlara Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təbriklərini və arzularını çatdırıb.
Nazir müavini Silahlı Qüvvələrimizdə aparılan islahatlardan, ordunun yüksək döyüş qabliyyətindən, onun mənəvi-psixoloji hazırlığından, maddi-texniki təminatının yüksəldilməsindən, keçirilən irimiqyaslı təlimlərin əhəmiyyətindən danışaraq bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə Nazirlər Kabinetinin 2015-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasda ordu quruculuğuna, Silahlı Qüvvələrimizin gücünə verilən yüksək qiyməti xüsusi olaraq vurğulayıb.
Sonra müdafiə naziri general-polkovnik Z.Həsənovun Silahlı Qüvvələrin kütləvi informasiya vasitələrinin nümayəndələrinin mükafatlandırılmasına dair əmri tədbir iştirakçılarının diqqətinə çatdırılıb. Əmrə əsasən bir qrup əməkdaşa təşəkkür elan olunub, Fəxri fərman və mükafatlar təqdim edilib.
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi