Qırmızı.az
Tofiq Hacıyev Dilçilik İnstitutunun direktorluğundan getdi - QALMAQAL
Azərbaycanın məşhur dilçisi, türkoloq alim, Nəsimi adına Dilçilik İnstitutunun direktoru Tofiq Hacıyev tutduğu vəzifədən istefa verib.
Publika.az-ın AzNews.az-a istinadən məlumatına
görə, alimin istefasına səbəb institut daxilində intriqalarin
şiddətlənməsi və akademiya rəhbərliyinin onun işlərinə müdaxilələr
etməsi olub.
Bildirilir ki, son vaxtlar T.Hacıyevdən tez-tez şikayətlər olurmuş,
ona qarşı açıq kampaniya aparılırmış. Bu kampaniyaya başçılığı isə
onun müavini, əvvəllər dostluq münasibətində olduğu Məhəbbət
Mirzəliyeva edib.
M.Mirzəliyeva T.Hacıyev barəsində AMEA-nın direktoru Akif Əlizadəyə
və yuxarı instansiyalara dəfələrlə şikayət ərizəsi göndərib.
Şikayətin əsas məğzi isə T.Hacıyevin yaşlı olması və kollektivlə
yola getməməsi olub. Akademiya rəhbərliyinın Hacıyevi müdafiə
etməməsi, əksinə ona qarşı kampaniyaaparan şəxslərə hamilik etməsi
direktoru istefa verməyə məcbur edib.
T.Hacıyevin yerinə artıq təyinat da olub. Həmin posta Məhəmməd
Füzuli adına Əlyazmalar İnstitutunun elmi işçisi, professor Möhsün
Nağısoylu gətirilib. M.Nağısoylu vəzifəsinin icrasına bazar
ertəsindən başlayacaq.
Qeyd edək ki, Tofiq Hacıyev Dilçilik İnstitutunda direktor
vəzifəsinə 2014-cü ilin aprel ayında təyin edilib. T.Hacıyev bu
təyinata əvvəlcə etiraz edib. O, çox yaşlı olduğunu əsas gətirərək,
bu vəzifənin yükünü çəkmək istəmədiyini bildirib. Lakin sonradan
onu razılaşdıra biliblər. Məlumat üçün bildirək ki, Məhəbbət
Mirzəliyeva da elə həmin tarixdə T.Hacıyevin müavini vəzifəsinə
təyin edilmişdi.
Onu da bildirək ki, T.Hacıyev həm də Bakı Dövlət Universitetinin
türkologiya kafedrasının müdiridir. O, 20-dən çox əsər və
tərcümələrin müəllifidir.
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: 15 nəfər... - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO
-
Magazin12 Yanvar 22:24
Tolik MTV-dən getdi