Qırmızı.az
Dövlət Baytarlıq Xidmətindən Xəzərdə balıqların kütləvi ölümü ilə bağlı AÇIQLAMA
Bir sıra kütləvi informasiya vasitələrindən daxil olan sorğuya görə, Rusiya Federasiyasının Mahaçqala ərazisinin Xəzər sahili sularında balıqlarının kütləvi tələf olma hallarının qeydə alındığı bildirilir.
Bu sorğuya istinad edən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti Azərbaycan Respublikasının Xəzər dənizi sahillərində və sahilə yaxın ərazilərdə monitorinq keçirilməsi və bu ərazilərin daim nəzarətdə saxlanılması barədə göstəriş verib və baytarlıq idarələrinə tapşırılıb ki, ölkəmizin dəniz sahili ərazilərində monitorinq keçirən zaman ərazidə ölmüş və xəstəliyə şübhəli balıqlara rast gəlinərsə, onlardan baytarlıq-sanitariya tələblərinə uyğun nümunələr götürülərək Respublika Baytarlıq Laboratoriyasına göndərilsin.
Qurumun mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəlinin Publika.az-a bildirdiyinə görə göstərişə uyğun olaraq, Xəzər dənizi sahili rayonların baytarlıq idarələri (Xaçmaz, Şabran və Siyəzən rayon baytarlıq idarələri) qısa zaman kəsiyində nəzarəti tədbirlər həyata keçiriblər. Eləcə də Xəzər sularında balıqçılıqla məşğul olanlarla və digər müvafiq qurumlarla əlaqə saxlanılıb. Onu da qeyd etməliyik ki, Mahaçqala ərazisinin Xəzər sahili sularında balıqlarının kütləvi tələfatı ilə əlaqədar Azərbaycan Respublikasına heç bir rəsmi məlumat daxil olmayıb.
Avqustun 5-də aparılan aktiv nəzarət tədbirlərin nəticəsi olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti bildirir ki, Azərbaycan Respublikasının Xəzər dənizi sahillərində hər hansı balığın tələfatına təsadüf olunmamış və bu ərazilər daim nəzarətdədir.
Gülnar Əliyeva
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri