Qırmızı.az
İlham Zəkiyevə xüsusi “Quran” hədiyyə edildi - FOTO
Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı Azərbaycanın paralimpiyaçı cüdoçusu, ikiqat Paralimpiya, beşqat Avropa və dünya çempionu, I Avropa Oyunlarının qızıl medalçısı İlham Zəkiyevlə görüşüb.
Komitənin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Azərbaycanda keçirilən I Avropa Oyunlarının xalqımız üçün qürurverici hadisə olduğunu, Azərbaycanın sözün həqiqi mənasında Avropa Oyunlarının standartlarını müəyyənləşdirdiyini deyən Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı mötəbər yarışla bir daha dünyaya gücümüzü göstərdiyimizi bildirib. Komitə sədri qeyd edib ki, İlham Zəkiyevin həm döyüşçü, həm də idmançı kimi keçdiyi şərəfli yol hər bir gənc üçün nümunə və qürur mənbəyidir.
M. Qurbanlı İlham Zəkiyevə prezident İlham Əliyevin göstərişinə əsasən dini kitabların çapı üçün ayrılmış vəsait hesabına Azərbaycanda ilk dəfə gözdən əlil insanlar üçün brayl əlifbası ilə nəşr edilən “Qurani-Kərim” hədiyyə edib və idmançıya 2016-cı ildə Rio-de-Janeyro şəhərində keçiriləcək Yay Paralimpiya Oyunlarında uğurlar arzulayıb.
İlham Zəkiyev diqqətə və hədiyyəyə görə təşəkkürünü bildirib. O,
qeyd edib ki, brayl əlifbası ilə nəşr olunmuş Qurani-Kərim onun
aldığı ən qiymətli hədiyyələrdən biridir. İlham Zəkiyev növbəti
Olimpiya Oyunlarına hazırlaşdığını və Azərbaycan bayrağını
ucaltmaqdan şərəf duyduğunu deyib.
Gülnar Əliyeva
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq
-
ABŞ12:08
ABŞ-da sensasion plan: Bayden namizədliyini geri götürür, Obama...