Azərbaycanda 7 şəlalə tapılıb - FOTO
Bizi izləyin

Qırmızı.az

Azərbaycanda 7 şəlalə tapılıb - FOTO

Azərbaycanda 7 şəlalə tapılıb.

"Report" xəbər verir ki, şəlalələr Tovuzun Çobansıxnaq kəndinin yaxınlığındakı uca dağların zirvəsində aşkarlanıb.

Onların ən hündürü 35, ən alçağı isə 10 metrdir. Şəlalə yerləşən hissə sıldırım qayalıqlarla əhatələnib.

Hətta yerli sakinlər də bu təbiət gözəlliyindən xəbərsiz olublar. Həm yerli, həm də xarici turistlərin diqqətini çəkə biləcək şəlalələr gələcəkdə ərazidə kənd turizminin inkişafına təkan verə bilər.

Əsrarəngiz təbiət möcüzəsini araşdırmaçı Cəlaləddin Qasımov aşkarlayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm