Qırmızı.az
Zədələnmiş pulları harada dəyişmək olar? - VİDEO
Tez-tez evdə, mağazada, avtobusda cırılmış pullarla rastlaşırıq. İnsanlar zədələnmiş pullardan yaxa qurtarmaq üçün ya onları mağazalarda alış-veriş edərkən satıcıya verməyə çalışır, ya bankomatlarda istifadə edir, ya da ki, atır. Qanunvericilikdə isə zədələnmiş banknotu banklarda dəyişdirmək mümkündür. Bir çox insan isə bundan xəbərsizdir.
İnsanlar əlində olan zədələnmiş pulu əldən çıxara bilmədikdə dəyən zərərlə barışmalı olur.
Bəli, insanlar nimdaş və əzilmiş, eləcə də cırılmış pulların istifadəyə yararsız olduğunu düşünərək bu pullardan istifadə etmək istəmir. Əlində olan zədələnmiş pulu əldən çıxara bilmədikdə isə dəyən zərərlə barışmalı olur. Çünki bu pulları nəinki dükanlara, hətta banklara belə təhvil edə bilməyəcəyini düşünür.
Əslində isə bu belə deyil.Mərkəzi Bank sistemində pulların ekspertizası qanunvericiliyə uyğun keçirilir. Qaydaya görə isə, tədavülə yararlı, yararsız və həqiqiliyi şübhə doğurmayan pul nişanları banklar tərəfindən məhdudiyyət qoyulmadan qəbul edilməli və dəyişdirilməlidir.
Zədələnmiş, cırılmış pulları Mərkəzi Bankda, və ya digər kommersiya banklarında dəyişdirmək lazımdır. Çünki kustar üsulla düzəliş aparılan əskinaslar dövriyyədən çıxarılır və yenisi ilə əvəzlənir. Dəyişdirilən istifadəyə yararlı pullar isə Mərkəzi Bank tərəfindən avtomatlaşdırılmış sistemlərdə yenidən emal olunur və çeşidlənir.
Mərkəzi Bankın statistikasına əsasən, ötən il əhalidən dəyəri 1 milyon 400 min manat olan 50 min ədədə yaxın pul nişanı qəbul olunaraq dəyişdirilib. Tədavülə yararsız əskinaslar məhv edilmək üçün Dövlət Komissiyasının işçi qrupuna təhvil edilir. Bu isə o deməkdir ki, həmin əskinaslar təkrar istifadə oluna bilməz. Bundan əlavə, milli valyutanın dəyişdirilməsi və yaxud ekspertizadan keçirilməsi ilə əlaqədar hər hansı problem yaranarsa, vətəndaş Mərkəzi Bankda fəaliyyət göstərən qaynar xəttə müraciət edə bilər. (TTV - Region TV)
-
Pul03:43Avro ucuzlaşdı, dollar isə...
-
Qoroskop00:15Bu da Mələkxanım Eyubovanın böyük qızı - FOTO
-
Qoroskop00:00Günün ulduz falı - Bu, sizin ruhunuzun qərarıdır
-
Nəqliyyat12 Fevral 23:36Bakıda yeni çəkiləcək yollarla bağlı vacib xəbər
-
ABŞ12 Fevral 23:24Azərbaycanlı İrəvanın mərkəzindən salam göndərdi - Video
-
Magazin112 Fevral 22:48"Xəyanətə görə ailəm dağıldı"
-
İdman12 Fevral 20:36"Qarabağ" - "Nyukasl" oyununa görə belə qərar verildi
-
Nida Xəbər 12 Fevral 20:00Azərbaycanda bu yüksək vəzifə ləğv edildi











.jpg)









.jpg)










.jpg)


