Yaxın Şərq
İran Zelenskinin Yaxın Şərq səfərini tənqid etdi: Onlar da müharibəyə qoşulur
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Ukrayna prezidenti Vladimir Zelenskinin Yaxın Şərq turnesini kəskin tənqid edib və onu region ölkələrini “soymağa” cəhd etməkdə ittiham edib.
Publika.az xəbər verir ki, bu barəsə Bəqayi brifinqdə bildirib.
“Zelenskinin ziyarət etdiyi region ölkələri, dörd il ərzində ölkəsini dağıdıcı müharibəyə məruz qoyan və Ukrayna xalqı üçün faciələr yaradan bir insanın onları soymağa cəhd etməsinə icazə verməkdən daha ağıllıdırlar”, - o qeyd edib.
Diplomat xüsusilə Zelenskinin Ukraynadakı müharibəni İsrail və ABŞ-ın İrana qarşı hərəkətləri ilə əlaqələndirmək cəhdindən qəzəbləndiyini vurğulayıb: “Ukraynadakı münaqişəni sionist rejim və ABŞ-ın İrana qarşı təcavüzü ilə əlaqələndirmək fəlakətli bir səhvdir”.
Bəqayi həmçinin region ölkələrinin bu tələyə düşməyəcəyinə əminliyini ifadə edib və əlavə edib: “İrana qarşı bu qanunsuz təcavüzün bir hissəsi olmamağa çalışan bəzi region ölkələrinin ağıllı nümayəndələrinə təşəkkür edirik”.
Qeyd edək ki, martın sonunda Zelenski Fars körfəzi ölkələrinə səfər edərək İordaniya, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Qətəri ziyarət edib. Səfərdən sonra o, bu ölkələrlə hərbi əməkdaşlıq barədə razılıq əldə etdiyini açıqlayıb və Səudiyyə Ərəbistanı və Qətər ilə rəsmi müdafiə müqavilələri imzalanıb.
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi
-
MDB10:06Rusiyada deputatların pensiyası qəpik-quruş imiş - Məbləğ açıqlandı
-
Sosial08:49Azərbaycan toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz






.jpg)









.jpg)







.webp)











.jpg)

