İdman
"Barselona" "Siti"nin ulduzunun transferində tərəddüd edir: Səbəb nədir?
"Mançester Siti" klubunun yarımmüdafiəçisi Bernardo Silva "Barselona"ya keçiddə maraqlıdır.
Publika.az xəbər verir ki, bu barədə "Sport.es" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, futbolçunun agenti Jorge Mendes Kataloniya klubunun rəhbərliyini portuqaliyalının transferini nəzərdən keçirməyə razı salmağa çalışır. Qeyd olunur ki, oyunçu artıq bu yay azad agent statusu ala bilər.
Bununla belə, "Barsa" bu məsələyə ehtiyatla yanaşır. Səbəb isə maliyyə məhdudiyyətləri və liqa qaydalarına görə futbolçunun qeydiyyatı ilə bağlı mümkün problemlərdir.
Hazırkı müqaviləsi mövsümün sonunda başa çatacaq Bernardo Silva klubunu sərbəst şəkildə dəyişə bilər.
Cari mövsümdə portuqaliyalı yarımmüdafiəçi bütün turnirlərdə 42 oyunda iştirak edib, 3 qol vurub və 5 məhsuldar ötürmə edib. "Transfermarkt" portalına görə onun bazar dəyəri təxminən 27 milyon avrodur.
Heybət
-
Rəsmi xronika13:54Milli Məclis Prezidentlə xanımına təbrik məktubu ünvanladı
-
Sosial13:17Talıbovlar ailəsinə 2259 manat sosial ödəniş edilir - VİDEO
-
Müsahibə12:40Xaricdə 14 universitetdən qəbul alan gənc: "Əlçatmaz deyil"
-
Dünya12:00Milyarderlər gizlicə narkotik qəbul edirlər: İndi bunu cəmiyyətə yayırlar
-
Nida Xəbər 11:22Milli Məclisin iclası başladı
-
Dünya11:18Putin şəxsən xahiş edib: Bu mesajı Trampa çatdırın
-
Region11:15Saakaşvili həbsxanada tanınmaz hala düşdü: Yeni imici diqqət çəkdi - FOTO
-
Dünya10:00İranla danışıqlar səhv və fəlakətdir - ABŞ-dan etiraf gəldi






































