Yaxın Şərq
ABŞ İranda ilk dəfə bu raketdən istifadə etdi
ABŞ İrana qarşı həyata keçirdiyi əməliyyatın əvvəlində ilk dəfə yeni “Precision Strike Missile” (PrSM) qısamənzilli ballistik raketdən istifadə edib.
Publika.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti məlumat yayıb.
Nəşr yazır ki, fevralın 28-də İranın cənubundakı Lamər şəhərində idman zalı və məktəbə zərbə endirilib. İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, hücum nəticəsində idman zalında 20 nəfər həlak olub.
Qəzet zərbə yerindən yayılan videoları və hadisədən sonrakı görüntüləri təhlil edərək qeyd edir ki, partlayışın xüsusiyyətləri və dağıntıların xarakteri PrSM raketinə uyğun gəlir. Bildirilir ki, raket hədəfin üzərində partlayaraq volfram qəlpələri səpələyir.
Məlumata görə, idman zalının yaxınlığında İslam İnqilabı Keşikçiləri Korpusunun obyekti yerləşir. Lakin zərbənin həmin obyektə dəyib-dəymədiyi məlum deyil.
Qeyd olunur ki, Pentaqon əməliyyat zamanı PrSM raketinin ilk dəfə istifadə edildiyini təsdiqləsə də, hücumun detalları açıqlanmayıb.
Nəşrin yazdığına görə, PrSM raketi əvvəl istifadə edilən ATACMS ballistik raketləri ilə müqayisədə daha uzaq – təxminən 500 kilometr məsafəyə qədər uçuş imkanına malikdir.
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi
-
MDB10:06Rusiyada deputatların pensiyası qəpik-quruş imiş - Məbləğ açıqlandı
-
Sosial08:49Azərbaycan toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz






.jpg)









.jpg)







.webp)











.jpg)

