Yaxın Şərq
İrandan nüvə qərarı: Bu müqavilədən çıxmağa hazırlaşırlar
İran parlamenti Tehranın Nüvə Silahlarının Yayılmaması Müqaviləsindən (NPT) çıxması məsələsini müzakirə edir.
Publika.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Bəqayi təsdiqləyib.
O bildirib ki, məsələ parlamentdə gündəmə gətirilib və cəmiyyətdə də bu mövzuda müzakirələr aparılır.
“Bəli, bu məsələ parlamentdə müzakirə olunur. Cəmiyyətdə də belə bir sual yaranıb. Bu, çox vacib mövzudur və cavabı sadə deyil. Cəmiyyət haqlı olaraq soruşur ki, hüquqlarımızdan istifadə etməyə imkan verilmədiyi halda bu müqaviləyə üzvlüyün nə faydası var?”, - deyə o, brifinq zamanı bildirib.
Bununla belə, Bəqayi vurğulayıb ki, İram hələ də Nüvə Silahlarının Yayılmaması Müqaviləsinin müddəalarına əməl edir və Tehran nüvə silahı əldə etməyə çalışmayıb.
Qeyd edək ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi nüvə silahlarının dünyada yayılmasının qarşısını almağa yönəlmiş beynəlxalq çoxtərəfli sənəddir. Müqaviləyə görə nüvə silahına malik olmayan ölkələr belə silahı istehsal edə və ya onun əldə edilməsinə yardım ala bilməzlər. Bununla yanaşı, müqavilə atom texnologiyalarının dinc məqsədlərlə inkişafına icazə verir.
-
Region11:10Paşinyandan “Qərbi Azərbaycan” açıqlaması: Ciddi bir çağırışdır
-
Rəsmi xronika11:00Prezident: Qarabağ Zəfəri Zəngəzur dəhlizinin reallaşmasına zəmin yaratdı
-
Sosial10:54Bu xanım “Xankəndi”nin mətbuat katibi təyin edildi
-
MDB10:06Rusiyada deputatların pensiyası qəpik-quruş imiş - Məbləğ açıqlandı
-
Sosial08:49Azərbaycan toylarında gözlənilməz qayda - Bu ənənə qadağan edilir?
-
Nəqliyyat07:35Bakı-Sumqayıt yolundakı tıxac problemi necə həll olunacaq? - Video
-
Ekopublika.az05:45Bakıda kirayə ev tutan ailələrə xəbərdarlıq
-
Qoroskop01:20Günün ulduz falı: gözlənilməz uğur əldə edəcəksiniz






.jpg)









.jpg)







.webp)











.jpg)

