Qırmızı.az
“Xalqlar Dostluğu” ticarət mərkəzinin sahibi müflis oldu – ŞOK
Tanınmış iş adamı İman Quliyev haqda sensasiyalı məlumat yayılıb. Özəl mənbələrdən daxil olan məlumata görə, tikinti maqnatı kimi ad çıxaran, iri layihələr həyata keçirən biznesmen müflis olub.
Xəbəri aldıqdan sonra bəzi dəqiqləşdirmələr apardıq. Əksər mənbələr xəbərin doğru olduğunu bildirdi. İman Quliyev əslən Naxçıvandandır. “Xalqlar Dostluğu” ticarət mərkəzinin sahibidir.
İ.Quliyev Azərbaycan müstəqillik qazandıqdan sonra ulduzu parlayan iş adamlarındandır. O, 90-cı illərdən öz biznes şəbəkəsini quraraq ciddi maliyyə uğuru əldə edib. Əsasən 1993-cü ildən başlayaraq uğur onun üzünə gülməyə başlayıb.
Bakıda “tolkuçka” biznesi çiçəklənən vaxtlarda Nizami rayonu ərazisində “Xalqlar Dostluğu” ticarət mərkəzini tikdirib. Bir vaxtlar ölkənin ən iri və dövriyyəsi yüksək olan ticarət mərkəzlərindən biri də yuxarıda adını çəkdiyimiz məkan idi.
Son illər onun sahibi olduğu “tolkuçka” sürətlə boşalır. Bunun bir səbəbi rəqabət mühitinin güclənməsi idisə, digər səbəb dünyada baş verən iqtisadi tənəzzül idi.
İman Quliyev tikinti sahəsində də qabaqcıllardan olub. Onun şirkətləri Bakıda xeyli yaşayış binaları tikib. Hazırda da iş adamı Nizami rayonu ərazisində çoxmərtəbəli yaşayış binası inşa etdirir.
Lakin gələn xəbərlərdə bildirilir ki, İ.Quliyevin əksər projeləri dayanıb. İşçilərinin belə maaşını vaxtında verə bilmir. Onun çöküşünün əsas səbəbi iqtisadi tənəzzül göstərilir.
İş adamı haqda dolaşan xəbərlərdə bildirilir ki, o, əmlakını satışa çıxarmağa başlayıb. İ.Quliyevin Bakıda xeyli daşınmaz əmlakının, gəlirlə işləyən obyektlərinin olduğu deyilir. (musavat.com)
-
MDB09:42Ukraynanın bu şəhərlərə kütləvi hücumu :Rusiya Müdafiə Nazirliyi bəyanat yaydı
-
Hadisə07:55Maştağada partlayış: 2 nəfər yaralandı - Video
-
Sosial03:43Bakıda 52 qəzalı bina söküləcək - Kompensasiya məbləği açıqlandı
-
Qoroskop00:45Günün ulduz falı: qarşınıza yeni hədəflər qoyacaqsınız
-
Magazin221 Sentyabr 20:24"Ömər baba"dan gündəm yaradacaq açıqlamalar
-
Hadisə21 Sentyabr 18:50Nərimanovda çoxmərtəbəli binada yanğın oldu - Yeniləndi
-
Elm və təhsil21 Sentyabr 18:10Şagirdlərin vahid forması təsdiqləndi - Bu geyimlərə icazə verilməyəcək
-
Dünya21 Sentyabr 15:58Ərdoğan Qərbdə oyunu dəyişir: Yunanıstan danışıqlardan kənarda qaldı






.jpg)


.jpg)






.webp)





.jpg)












