Qırmızı.az
Mənzil alarkən aldanmaq istəmirsinizsə...
Son illər vətəndaşların üzləşdiyi ən aktual problemlərdən biri də yeni tikilən binalardan mənzil alarkən aldanmaları, bir mənzilin eyni vaxtda bir neçə vətəndaşa satılması məsələsidir.
Məsələ ilə bağlı Trend-ə açıqlama verən Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov hesab edir ki, bu cür problemlərin yaranma səbəblərindən biri də vətəndaşların hüquqi biliklərinin yetərli olmamasıdır.
O bildirib ki, bu məsələlər bu gün qanunvericiliklə tənzimlənir. Vətəndaşlar yeni tikilən binalardan mənzil alarkən mütləq hüquqşünas köməyindən istifadə etməlidirlər: “Burada söhbət mənzil-tikinti kooperativlərindən gedir. Kooperativlər haqqında qanun da var, kooperativlərin nizamnaməsi də var. Əgər bir insan hələ tikintisi başlamayan binadan mənzil almaq istəyirsə, verdiyi pulun müqavilində kooperativə üzv daxil olmalıdır. Yəni kooperativin qərarı əsasında ora üzv daxil olur və qoyduğu pulun müqavilində pay alır. Əgər sonra hansısa problem yaranarsa, yarımçıq tikili olsa belə satılaraq həmin vətəndaşın pulu qaytarılmalıdır”.
R.Cəbrayılov qeyd edib ki, sovet dönəmində də mənzil-tikinti kooperativləri vardı, hər kəs öz mənzilinin payına uyğun pul qoyurdu və binanı tikirdi: “Bu gün də qanunvericilikdə bu məsələ tənzimlənib. Əfsuslar olsun ki, bu gün mənzil-tikinti kooperativləri altı-satqı müqaviləsi imzalayır. Amma əgər insanlar da hələ ortada olmayan mənzillə bağlı kooperativlərlə alqı-satqı müqaviləsi bağlayırsa, artıq vətəndaş özünü risk altına atır. Çünki bu, müqavilə deyil”.
O əlavə edib ki, digər tərəfdən də reputasiyası çirklənmiş firmalar var, onları hamı tanıyır: “Vətəndaş da bir müşahidə apamalıdır ki, bu firma bunu tikə bilir və ya bilmir. Bu firma haqqında, onun rəhbəri haqqında məlumat toplamalıdır. Yoxsa kor-koranə şəkildə gedib özlərini riskə atırlar. Dələduzluq dünya yaranandan olub, yenə də olacaq. Ancaq insanlar dələduzluqdan bir nəticə çıxarmalıdır və özlərini qorumalıdır. Əgər insan gedib tamamilə qanundankənar bir müqavilə bağlayırsa, bir dələduzun toruna düşürsə, qanun nə edə bilər? Kimsə bir insandan pul alır və mənzili bir neçə şəxsə satırsa, bunun üçün Cinayət Məcəlləsində dələduzluq maddəsi var, 12 ilə qədər həbs müddəti nəzərdə tutulur. Yəni buna görə qanunda boşluq axtarmaq düzgün deyil. İnsanlar öz hüquqi biliklərini artırmalı, bu cür hallardan özlərini qorumalıdırlar. Maliyyə riskli addımlar atarkən mütləq vəkilin köməyindən istifadə etməlidirlər”.
Hüquqşünas, Azərbaycan Vəkillər Kollegiyasının üzvü Vüqar Babayev də bu cür məsələlərdə vətəndaşların hüquqi yardımdan istifadə etməsini zəruri sayır. O bildirib ki, kooperativdən mənzil alarkən alıcılar özlərinin kooperativin ortaq (assosiativ) üzvlüyünə qəbul edilməsi barədə kooperativ üzvlərinin ümumi yığıncağının protokolundan çıxarış tələb etməyi də unutmamalıdırlar.
Məsələnin həlli yollarından biri kimi V.Babayev hesab edir ki, müqavilələrin vahid reyestrinin yaradılması önəmlidir: “Burada söhbət ondan gedir ki, mənzil-tikinti kooperativləri satdıqları mənzillərin alqı-satqısına dair müqavilələri bunun üçün müəyyən edilmiş xüsusi reyestrdə qeydiyyatdan keçirməlidirlər. Bu zaman mənzil-tikinti kooperativləri həm müqavilədə göstərilən mənzilin dəyərini açıq göstərməyə, həm də ölçüləri dəqiq qeyd etməyə məcbur olacaqlar. Eyni zamanda, ən əhəmiyyətli məsələ isə müqavilələrin reyestrdən çıxarışı olmadan qeyd edilən mənzilləri alıb-satmaq mümkün olmayacaq ki, bu da vətəndaşları aldadılma hallarından qoruyacaq”.
V.Babayev tikintisi başa çatmayan binalarla bağlı sığortanın tətbiqinin də problemlərin qarşısını ala biləcəyini söyləyib: “Məsələn, Türkiyə təcrübəsində satılan mənzillərin sığortalanması məsələsi var. Tikintisi başa çatmamış mənzillər satılarkən mütləq sığorta şirkəti tərəfindən sığrtalanır və əgər gələcəkdə binanın tikintisi başa çatmırsa, tikinti ilə bağlı hər hansı problemlər yaranırsa, alıcıya dəymiş zərəri sığorta şirkəti ödəyir. Bu məsələ bizim qanunvericilikdə də öz əksini tapsa yaxşı olardı”.
-
Sosial13:00
Əhməd Əhmədova ailə mülkiyyətindən pay düşürmü? - Vəkil danışdı
-
Dünya12:20
Ukrayna üçün şok proqnoz: "Sadəcə öləcək!"
-
Sosial11:45
Emin Ağalarovun ev verdiyi qadın görün kim imiş - VİDEO
-
Sosial11:30
Bakıda taksilərlə bağlı bu problem həll olunur: Daha narazılıq olmayacaq?
-
Sosial10:40
Azərbaycanlılara xaricdə ev aldıran səbəblər
-
Nəqliyyat10:00
Bakıda bir istiqamətdə hərəkət qismən məhdudlaşdırıldı
-
Elm və təhsil09:00
Bağçada işləyən müəllimlərə imtahanda hansı suallar veriləcək?
-
Magazin208:30
55 yaşlı Lopezdən nəfəskəsən FOTOSESSİYA