Avtovağzal ərazisindəki sürüşmə ilə bağlı keçirilən ekspertiza yekunlaşdı
Bizi izləyin

Qırmızı.az

Avtovağzal ərazisindəki sürüşmə ilə bağlı keçirilən ekspertiza yekunlaşdı

Bakı-Sumqayıt yolunda baş verən sürüşmə ötən həftədən bu yolda hərəkət edənlərə ciddi problemlər yaradır. Yolun sürüşmə baş verən ərazisinin hasara alınması sıxlığa səbəb olur. Narahatlığa səbəb olan digər məqam sürüşmənin aktiv olması və ərazinin gündən-günə genişlənməsidir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev Publika.az-a açıqlamasında Bakı-Sumqayıt yolunun Bakı Beynəlxalq Avtovağzalından keçən hissəsində baş verən sürüşmədə ciddi dəyişiklik olmadığını deyib. Onun sözlərinə görə, gün ərzində nazirlik əməkdaşları sürüşmə baş verən əraziyə baş çəkib sürüşmənin aktiv olub-olmadığını qeydə alırlar.

“Əsas problem qazonun güclü sulanması və yağışlarla əlaqədar idi. Yağışın qarşısını ala bilməsək də, sulanmanı azaltmaq olar. Müvafiq qurumlar bu tövsiyələrimizə əməl etsələr, sürüşmədə ciddi dəyişiklik gözlənilmir. Mütəxəssislərimiz daim sürüşmə baş verən ərazidə olurlar. Hər hansı dəyişiklik olarsa, qeydə alırıq, lakin hazırkı vaxtda vəziyyət sabitdir”.

Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Publika.az-a bildiriblər ki, çatın genişlənməsinin qarşısını almaq üçün bərkitmə işləri və digər müvafiq tədbirlər görülür. Gələcəkdə ərazidə sürüşmənin baş verməməsi üçün də tədbirlər planı hazırlanıb.

Mətbuat xidmətindən bildiriblər ki, sürüşmənin baş vermə səbəbi ilə bağlı ekspert rəyi yaxın vaxtlarda açıqlanacaq.

Qeyd edək ki, oktyabrın 7-də Bakı-Sumqayıt yolunun Avtovağzaldan keçən hissəsində yolda sürüşmə baş verib. Nəticədə, yolun dayanacaq hissəsində yol 50 sm çöküb, istinad divarı 15 sm aralanıb.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm