Qırmızı.az
Sarkisyan təlimat verdi - Erməni qoşunları Qarabağdan çəkilir?
“Aprelin 21-də Rusiya xarici işlər naziri Sergey Lavrov
İrəvana gələcək və Qarabağın nizama salınması üzrə “hiyləgər planı”
təqdim edəcək”.
Publika.az xəbər verir ki, bu barədə “armenianreport”
saytı yazıb.
Sayt qeyd edir ki, bu planda Qarabağın Ermənistandan alınaraq
Azərbaycana verilməsi var: “Rusiya Cənubi Qafqazda möhkəmlənməyi
düşünür. Baxmayaraq ki, onun Ermənistanda iki hərbi bazası var,
NATO-nun Şərqə doğru genişlənməsi Moskvanı narahat edir. Kreml
Azərbaycan ərazisində öz hərbi bazasını yarada bilməz. Çünki onun
rəhbərliyi öz suverenliyini prinsipial şəkildə qoruyur. Ərazi
güzəşti haqda danışan yalnız Ermənistan rəhbərliyidir”.
Sayt yazır ki, Lavrovun planına görə ərazilər Azərbaycana
qaytarılır: “Burada bizə Dağlıq Qarabağın saxlanıldığı deyilsə də,
yalandır. Nəticə etibarilə bütün ərazilər sonda Azərbaycanın
olacaq”.
Sayt diplomatik mənbələrə istinadən qeyd edir ki, Dağlıq Qarabağa
gedən Serj Sarkisyan da ərazilərin qaytarılması ilə bağlı məsələni
yerli komandanlıqla müzakirə edir: “Güman ki, Sarkisyan hərbiçilərə
yaxın günlərdə geri çəkilməklə bağlı təlimat verib və əhalinin
çıxarılması məsələsini müzakirə edib. Bu, Lavrovun “hiyləgər
planı”dır və bizim rəhbərliyimiz onun qarşısında boyun əyir”.
Asif Nərimanlı
-
Region17:12Rusiyadan Ermənistana növbəti zərbə: 70 mindən çox məhsul satışdan çıxarıldı
-
Sosial15:23Bakı metrosunda Qırmızı və Yaşıl xətlərin ayrılması layihəsinə başlanılır - YENİLƏNDİ
-
Sosial14:38Şəhərin mərkəzində yararsız keçid, işləməyən eskalator - FOTO
-
MDB13:38Moskva mesaj verdi: Ermənistanın səsi alına bilər
-
Rəsmi xronika12:59Prezident onu vəzifəsindən azad etdi
-
Ekologiya12:5339 dərəcə isti - SABAHIN HAVASI
-
Dünya11:34ABŞ-ın bu ölkədəki gizli rolu üzə çıxdı: Müharibəyə belə hazırlaşırlar
-
Nida Xəbər 10:58Bu şəxslərə gələn aydan kompensasiya ödəniləcək










.jpg)












.webp)



.jpg)
.jpg)





