Bu ərazilər təhlükəlidir - SOS
Bizi izləyin

Qırmızı.az

Bu ərazilər təhlükəlidir - SOS

Aprel ayı ərzində respublika ərazisində aparılan müşahidələr nəticəsində bir sıra sürüşmə sahələrində aktivlik qeydə alınıb.

Bu barədə Publika.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin Geoloji Planlama Ekspedisiyasının baş geoloqu Ələmdar Piriyev məlumat verib.

Onun sözlərinə görə, Binəqədi rayon I mədən yaşayış sahəsində, Maştağa-Zabrat (Məmmədli gölü) ərazisində suyun səviyyəsi artıb. Bu da qurunt suların səthə çıxması ilə bağlıdır: “Şuşa şəhərciyində atmosfer yağıntıların təsirindən qurunt suların səviyyəsi artıb, subasma hadisəsi baş verib. Abşeron yarımadası və Bakı şəhərindəki digər sürüşmə sahələrində ciddi dəyişiklik müşahidə edilməyib”.

Onun sözlərinə görə, rayonlarda həm atmosfer yağıntıları, həm də ağır tonnajlı maşınların hərəkəti nəticəsində bir çox yollarda sürüşmə sahələri aktivləşib: “Astara rayonunda Qijibə, Burcbənd, Motalayataq, Miki sürüşmə sahələrində leysan yağışları nəticəsində sürüşmə sahələrində nisbi aktivlik qeydə alınıb. Diqədi-Delikeş avtomobil yolunun 5-7,8-10-cu kilometrliklərində müəyyən qədər sürüşmə, yarğanlarda müəyyən qədər dartılmalar qeydə alınıb. Lerik rayonu ərazisində Lənkəran-Lerik yolunun 27-29-cu, 45-47-ci, 17-19-cu kilometrliyində atmosfer çöküntülərinin təsirindən aktivləşmə müşahidə edilib”.

Ə.Piriyevin sözlərinə görə, Quba-Xınalıq yolunun 37-46-cı kilometrliyində, Quba-Qonaqkənd yolunun 37-40-cı kilometrliyində müşahidə lebirləri üzərində nisbi hərəkət qeydə alınıb.

“Quba-Xınalıq yolunun yamac hissəsində xeyli sayda uçqun baş verib. Bu da yolda hərəkətin müəyyən müddət dayanmasına səbəb olub. Sonradan hərəkət bərpa edilib. Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyinin sürüşmə sahəsinin bir neçə yerində aktivlik qeydə alınıb. Sürüşmə kütləsinin bir neçə yerdə yola tökülməsi müşahidə edilib. Bakı-Ağsu magistral yolunun 132-156-cı kilometrliyində çöküntü hadisələri qeydə alınıb. Şamaxı rayonu ərazisində Muğanlı sürüşmə sahəsində sürüşmə kütləsi üzərindəki çatlarda qismən genişlənmə müşahidə olunub. Muğanlı-İsmayıllı avtomobil yolunun 23-24, 27-29-cu kilometrliyində yolboyu ağır tonnajlı avtomobillərin hərəkəti və atmosfer yağıntıları nəticəsində mövcud çatlar genişlənib. Xankəndi sürüşmə sahəsində müəyyən qədər aktivləşmə müşahidə edilib. Gədəbəy, Mingəçevir, Göygöl və digər sürüşmə sahələrində aktivlik qeydə alınmayıb”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm