Qırmızı.az
1 İYUL
1751-ci il. Dünyanın ilk ensiklopediyasının ilk cildi nəşr edilib. “İncəsənət və sənətkarlığın ensiklopediyası və ya elmin izahlı lüğəti” adlanan nəşrin ideyası hələ 1747-ci ildə fransız yazıçısı və dramaturqu Deni Didro tərəfindən irəli sürülüb. Didro bu layihənin həyata keçməsinə 25 il vaxt sərf edib. Nəşr 35 cilddən ibarət olub.

1966-cı il. Kanadanın Toronto şəhərindən ilk rəngli televiziya yayımına başlanılıb.

1979-cu il. “Sony” şirkəti ilk portativ audio cihaz olan “Walkman” pleyerini satışa çıxarıb. Yeni cihaz “Sony” şirkətinin yaradıcısı Akio Moritanın dünya səyahətləri zamanı opera musiqisinə qulaq asa bilməsi üçün yaponiyalı mühəndis Nobutoşi Kihara tərəfindən hazırlanıb.

1961-ci il. İngiltərə kral ailəsinin ən tanınmış üzvü hesab edilən Uels şahzadəsi Diana Spenser (Ledi Di) Norfolk qraflığında məşhur zadəgan ailəsində anadan olub. Onun Böyük Britaniya krallığının vəliəhdi şahzadə Çarlzla evliliyindən Uilyam və Harri adlı övladları dünyaya gəlib. Ledi Di mərhəməti və xeyriyyə aksiyalarında fəal iştirakı ilə tanınırdı. Şahzadə Diana 1997-ci il avqustun 31-də Parisdə Pont de l’Alma tunelində baş vermiş yol qəzasında faciəli şəkildə həlak olb.

-
Region00:30İran Ukraynanı qanuni hərbi hədəf elan etdi
-
Qoroskop00:15Günün ULDUZ FALI - Romantik anlar və xoş sürprizlər gözlənilir
-
Magazin126 İyul 23:36"Geyimdən çox rahatlığınızı düşünün"
-
MDB26 İyul 23:24"Onlar sadəcə cini şüşədən buraxdılar" - Putin kimləri deyir?
-
Magazin126 İyul 21:24Aygün Kazımova “DreamFest”ə tərzi ilə damğa vurdu
-
Sosial26 İyul 21:12Şəhid atası vəfat etdi - FOTO
-
Hadisə26 İyul 20:36Toy karvanında ağır qəza - 9 nəfər yaralandı
-
Qoroskop26 İyul 20:12İyul ayını bolluq və bərəkət içində yaşayacaq 4 BÜRC


































