Qırmızı.az
Leyla Əliyevanın özəl günü
Bu gün Prezident İlham Əliyevin böyük qızı, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın doğum günüdür.
Publika.az xəbər verir ki, Leyla Əliyevanın 31
yaşı tamam olur.
Leyla İlham qızı Əliyeva - 3 iyul 1985-ci ildə Moskva şəhərində anadan olub. 2000-ci ildə Bakıda 160 saylı tam orta məktəbi bitirib. Həmin il Avropa Biznes Məktəbinə daxil olub. İsveçrə və Böyük Britaniyada təhsil aldıqdan sonra 2006-cı ildən 2008-ci ilə qədər Rusiyada Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda politologiya fakultəsində dünya siyasəti üzrə magistr pilləsi üzrə təhsil alıb.
2007-ci ildə 10 may tarixində Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin rəhbəridir. 2007-ci ilin 19 dekabr tarixində Rusiyada “Bakı” jurnalı təsis edib. 2008-ci ilin 8 may tarixində Xocalıya ədalət kampaniyasının təşəbbüskarıdır. 2008-ci ilin may ayından İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş Koordinatoru vəzifəsində çalışır. 2009-cu ilin aprelin 18-də Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (AMOR) sədri vəzifəsinə seçilib.
Leyla Əliyeva 2011-ci ildən Heydər Əliyev Fondunun vitse-prezidentidir. 2011-ci ilin iyulunda Azərbaycanla bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xidmətlərinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərancamı ilə “Tərəqqi” medalı ilə təltif olunub. 2012-ci ilin sentyabrın 12-də “Həştərxan vilayəti qarşısında xidmətlərinə görə” mükafatı ilə təltif olunub.
2013-cü il aprelin 5-də Ətraf Mühitin Mühafizəsi VII Beynəlxalq Layihə Olimpiadası (İNEPO-Avrasiya) Təşkilat Komitəsinin idarə heyəti tərəfindən “Ekoloji Mühitin Qorunmasına Görə” xüsusi Beynəlxalq Şərəf Mükafatı ilə mükafatlandırılıb. 2013-cü il dekabrın 20-də III dərəcəli Müqəddəs Mələksima “Knyaqina Olqa” ordeni və “Volqoqrad vilayəti qarşısında xidmətlərə görə” medalı ilə təltif olunub.
2015-ci ilin mayında Leyla Əliyeva aclıqla mübarizə, ərzaq təhlükəsizliyinin təmin olunması, kənd təsərrüfatı, meşə və balıqçılıq təsərrüfatının səmərəliliyinin artırılması, sağlam ərzaq sistemlərinin yaradılması kimi məqsədlərə nail olunmasına verdiyi töhfəyə görə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Xoşməramlı səfiri adına layiq görülüb. 2015-ci il oktyabrın 20-də Rusiya Federasiyasının “Puşkin” medalı ilə təltif olunub.
-
Kriminal01:40Tiktoker "Çevik" həbs edildi
-
Hadisə01:20Abşeronda binada yanğın oldu: sakinlər təxliyə edildi - Yeniləndi
-
Sosial27 İyul 22:46Azərbaycanın bu bölgəsində ev quşları kütləvi şəkildə tələf olur - Nə baş verir?
-
Dünya27 İyul 22:18Heç kim Türkiyəyə "F-35" tədarük etməyimizə mane ola bilməz - Tramp
-
Magazin127 İyul 20:36Əməkdar artistdən haqqında yayılan xəbərlərə reaksiya - Həmin ilan ölməyib...
-
Ekopublika.az27 İyul 18:50Şəmsi Səmədzadə həbsdən azad oldu - Foto
-
Hadisə27 İyul 18:30Bakıda güclü külək səbəbindən xəsarət alanlarla bağlı - Nazirlikdən açıqlama
-
Pul27 İyul 14:23Qaytarıla bilməyən kreditlər bağlana bilərmi?















.jpg)

















