Səhiyyə
Bərdə xəstəxanasında cərrah yoxdur? - TƏBİB-dən açıqlama
TƏBİB Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsində cərrah olmadığı ilə bağlı sosial mediada yayılan iddialara aydınlıq gətirib.
Publika.az xəbər verir ki, Trend-in sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, iyulun 25-də saat 18:20 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət almış bir neçə şəxs, eyni zamanda digər təxirəsalınmaz tibbi yardım tələb edən pasiyentlər müraciət edib:
"Hadisə qeyri-iş saatlarında baş verdiyindən tibbi xidmət təsdiq edilmiş növbətçilik qrafikinə uyğun olaraq növbətçi həkim heyəti tərəfindən həyata keçirilib, bütün müraciətlər triaj (prioritetlik) prinsiplərinə əsasən qiymətləndirilərək zəruri tibbi müdaxilələr vaxtında icra olunub".
“Hadisə zamanı xəstəxananın iki cərrahı həyati təhlükəsi olan pasiyent üzərində əməliyyat apardığından onların digər tibbi xidmətə cəlb edilməsi mümkün olmayıb. Bununla yanaşı, eyni anda daxil olan müraciətlərin sayı çox olanda zərurət yaranarsa, müvafiq ixtisaslar üzrə həkimlər operativ şəkildə tibbi xidmətə cəlb olunurlar”, - açıqlamada bildirilib.
Qeyd edək ki, sosial mediada Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsində cərrah olmadığı barədə görüntülər yayılıb. Video görüntülərdə vətəndaşlar yaralı halda xəstəxanaya müraciət etsələr də, cərrah tapa bilmədiklərindən şikayət ediblər.
-
MDB13:55İki yaşlı qız ailəni ölümdən xilas etdi - FOTO
-
İKT13:28Qorxulan oldu: 400 min humanoid robot insanlarla birgə çalışacaq
-
Qarabağ 12:54Antiterror əməliyyatının iştirakçısı: "Uzun illər gözlənilən tarixi an idi"
-
Ekologiya12:50Sabahın hava proqnozu açıqlandı
-
Sosial12:07Agentlik sədri gənc xanıma vəzifə verdi - FOTO
-
Hadisə11:20Həbsdə ölən sabiq icra başçısının binası satışa çıxarıldı
-
Sosial10:03Məhsul var, qazanc yox: Fermer üçün çıxış yolu nədir?
-
Kriminal08:30Bakıda 17 yaşlı oğlan anasına 12 bıçaq zərbəsi vurdu

































.jpg)




