Qırmızı.az
“Azneft” Xəzəri çirkləndirir - Nazirlik
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) tərkibində olan “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft-qazçıxarma idarəsinin (NQÇİ) estakadayanı və ayrıca meydançalarında formalaşan məişət-fekal tullantı suları təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdılır.
Publika.az xəbər verir ki, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin aylıq bülletenində bildirilib.
Bülletendə vurğulanır ki, dənizdən götürülən su yanğından mühafizə xətləri sistemində istifadə olunur. Bundan başqa burada texniki məqsədlər üçün də dəniz suyundan istifadə olunur. Lakin quyularda əsaslı təmir və quyuların yuyulması zamanı istifadə olunan dəniz suyunun hesabatı aparılmır. NQÇİ ərazisində yerləşən A2600 (HS) qurğusu vasitəsilə bərk məişət tullantıları (6,7 t/ay) yandırılır və tullantı qalıqları xüsusi konteynerlərdə saxlanılır. Qaradağ rayonunun Ümid, Səngəçal, Qobustan və Ələt qəsəbələrində kanalizasiya xətləri bərpa edilməzsə, sahilboyu ərazilərdə tullantı su gölməçələrinin artmasına, bataqlıqların əmələ gəlməsinə, eyni zamanda ekoloji vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər.
“Keçirilən monitorinq zamanı NQÇİ-nin mədən ərazilərində ekoloji vəziyyətin qənaətbəxş olmaması müəyyən edilib. Ən çox ekoloji çirklənmə halı isə 1 və 2 saylı ilkin neftyığma məntəqələrində qeydə alınıb. İlkin neftyığma məntəqələrinin istismar müddəti bitdiyindən hazırda qəzalı vəziyyətdədirlər. Mədən ərazilərində hasil olunan maye 1 və 2 saylı ilkin neftyığma məntəqələrində toplanır. Toplanan mayedən ayrılmış lay suyu nasoslar vasitəsilə təyinatı üzrə vurulsa da, 1 saylı ilkin neftyığma məntəqəsində nasosdan axan lay suyunun birbaşa dənizə atılması faktı müşahidə olunub.
NQÇİ-nin 516 saylı meydançasındakı quyulara qazın nəqli
(sıxılması) zamanı istifadə olunan nasoslardan atmosferə qazın
sızması və meydançaların işlənmiş mühərrik yağları ilə çirklənməsi
tərəfimizdən müşahidə edilib. NQÇİ-nin mədən sahələrində dənizin
çirklənməsinin səbəblərindən biri də quyularda aparılan təmir
işləridir. 2272 saylı quyuda aparılan təmir işləri zamanı
formalaşan neftli mayenin birbaşa dənizə atıldığı monitorinq zamanı
tərəfimizdən müşahidə edilib” - deyə, bülletendə
bildirilib.
Gülxar
-
Sosial13:46İşçilər ixtisar edilir, dövlət texnikası isə... - Zaqatala Yol İdarəsində nə baş verir?
-
İdman13:26Pikfordun gizli qeydləri aşkar edildi, Messi şoka düşdü - FOTO
-
Dünya11:48Netanyahudan Türkiyə etirafı: Bu şəhəri ələ keçirmək istəyirlər
-
Rəsmi xronika11:13İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi
-
Dünya10:24Bu ölkədə ara qarışdı: İsrail vətəndaşlarını axtarırlar, tapsalar...
-
Köşə10:00Messini “öldürməyin” yeganə yolu budur
-
İdman09:18Messi və dostları bu banneri açdılar, İngiltərəyə siyasi mesaj göndərdilər - FOTO
-
ABŞ08:24"Green card" almaq istəyənlərə pis xəbər - 100 min dollar təminat tələb ediləcək







































