Qırmızı.az
Rövşən Lənkəranskini kim öldürtdü? - İDDİA
"Rövşən Lənkəranski Rusiyada kriminal aləmin lideri "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşovun həbsindən sonra baş verən kriminal müharibənin qurbanı olub".
Bu barədə "Rosbalt" agentliyinə Rusiya hüquq-mühafizə
orqanlarındakı mənbə deyib.
Mənbəyə görə, bu ilin iyul ayında Rusiya mafiyasının lideri
Zaxari Kalaşov həbs olunandan sonra onun rəqibləri Merab Suxumski
(Canqveladze) və Rövşən Lənkəranski fəallaşmağa başlayıblar. Onlar
Şakro Molodoyun Aslan Usoyan (Ded Xasan) və Tariyel Oniani (Taro)
arasında olan münaqişə ilə əlaqədar "qanuni oğru" tituluna qoyduğu
qadağını ləğv ediblər.
Hüquq-mühafizə orqanlarındakı mənbə hesab edir ki, Rövşən
Lənkəranski məhz bu fəallığın qurbanı olub.
Qeyd edək ki, bir müddət əvvəl İrəvanda keçirilən "qanuni oğrular"ın "sxodka"sında Rövşən Lənkəranskinin səlahiyyətlərinin müvəqqəti dayandırılması ilə bağlı qərar qəbul olunması barədə məlumat yayılıb. Həmin "sxodka"da onu 2013-cü ildə Ded Xasanın ölümündə də günahkar biliblər. (APA)
-
Sosial17:38
Bakı dünyanın İdman Paytaxtı seçildi
-
İdman16:48
Qazaxıstanlı milyarder İngiltərədə klub aldı
-
Region15:59
Nazir müavininin oğluna 7 il həbs cəzası verildi
-
Sosial15:10
Cəsarət Valehova vəzifə verildi
-
Hadisə14:33
Azərbaycanlı vəkil həbs edildi
-
Nida Xəbər 13:43
Axırda Köçəryanı, Sarkisyanı göstərəcəklər: Simonyan sərhəddəki aksiyanı ələ saldı
-
Rəsmi xronika12:50
İlham Əliyev bu sazişi təsdiqlədi
-
Rəsmi xronika12:31
Bu şəxslər cəzalandırılacaq