Qırmızı.az
Bu gündən havalar istiləşəcək - HAVA
Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində şimşək çaxacağı, az yağış yağacağı ehtimalı var.
Temperaturun gecə 4-8°, gündüz 15-20°, günün birinci yarısında bəzi yerlərdə 22° isti, Bakıda gecə 6-8°, gündüz 18-20° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 764 mm civə sütunundan 768 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında, əsasən, gecə və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var.
Temperatur gecə 4-9°, gündüz 20-25° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında, əsasən, gecə və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 1-6°, gündüz 10-15° isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında, əsasən, gecə və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperatur gecə 5-9°, gündüz 17-22° isti təşkil edəcək.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında, əsasən, gecə və axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 3-8°, gündüz 16-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 5-10° isti olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında hava, əsasən, yağmursuz keçəcək. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.
Temperaturun gecə 5-10°, gündüz 20-25° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında, əsasən, axşam saatlarında qısamüddətli yağış yağacağı gözlənilir. Şimşək çaxacağı ehtimalı var. Səhər dağlarda duman olacaq.
Temperatur gecə 4-8°, gündüz 15-20°, bəzi yerlərdə 23° isti, dağlarda gecə 2-7°, gündüz 12-17° isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoz
Yaxın iki gün ərzində Abşeron yarımadasında meteoroloji amillərin normal sutkalıq gedişi meteohəssas insanlar üçün əlverişlidir.
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri
-
Magazin16 May 20:36
"Həcim olsaydı, dərdim nə idi?" - Müğənnidən qalmaqallı açıqlama - VİDEO
-
MDB6 May 19:50
Rusiyadan Qərbə xəbərdarlıq