Qırmızı.az
ANS MTRŞ-nı məhkəməyə verdi
ANS Müstəqil Yayım və Media Şirkəti Milli Televiziya və Radio Şurasını (MTRŞ) məhkəməyə verib. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən şirkət MTRŞ-in ANS-lə bağlı 14 yanvar 2014-cü il tarixli qərarının ləğv edilməsini tələb edir.
Belə ki, qeyd olunan tarixdə MTRŞ-in iclası keçirilib.
Həmin iclasda ANS Müstəqil Yayım və Media Şirkəti tərəfindən
teleradio yayımı sahəsində qanunvericiliyin tələblərinin pozulması
faktı üzrə inzibati icraata dair işə baxılıb. MTRŞ-in həmin gün
yaydığı açıqlamada deyilirdi ki, 10 yanvar 2014-cü il tarixdə saat
16.30-da efirə gedən “Adam içində” verilişində “Televiziya və radio
yayımı haqqında” Azərbaycan Respublikası Qanununun 32.0.1, 32.0.9,
35.11-ci maddələrinin, ”Uşaqların və yetkinlik yaşına çatmayanların
fiziki, əqli və mənəvi inkişafına ziyan vura bilən və kodsuz
yayımlanan, o cümlədən erotikanı və qəddarlığı əks etdirən
proqramlar üçün Xüsusi Qaydalar”ın 2.4-cü bəndinin tələbləri
pozulduğundan Milli Televiziya və Radio Şurasının qərarına əsasən
“ANS Müstəqil Yayım və Media Şirkəti”nə xəbərdarlıq elan
edilib.
Qeyd edək ki, söhbət 10 yanvar 2014-cü il tarixdə saat
16.30-da efirə gedən “Adam içində” verilişindəki məşhur
“cinçıxarma” əhvalatından gedir.
qaynar.info
-
Hadisə21:59
Hoteldə zəhərlənən dostlarla bağlı FAKTLAR: Qonaqlıq buna görə təşkil edilibmiş... - FOTO
-
Qoroskop20:55
Yeni ay bu 3 bürcü sevindirəcək – Şans onlardan yanadır
-
Magazin119:40
“Mənə Avroviziyadan yazana söyüş qoymuşam” - Aparıcı
-
Kriminal18:30
Tanınmış modeli döyməkdə təqsirləndirilən biznesmendən xəbər var - Külli miqdarda pul mənimsəyib?
-
İdman17:49
Dünya çempionu Messinin yanına gedir? - Müəmmalı paylaşım
-
MDB16:54
Fransız qoşunları Rusiyanın hədəfinə çevriləcək - Zaxarova hədələdi
-
MDB16:18
Rusiya ordusu Ukraynanın daha iki yaşayış məntəqəsini tutdu
-
Rəsmi xronika15:55
Prezidentlərin geniş tərkibdə görüşü oldu - Yeniləndi