Qırmızı.az
Rasim Əliquliyev AMEA-nın tədqiqatlarından danışdı
“2013-cü ildə AMEA-nın elmi müəssisələrdə 162 problem çərçivəsində 504 mövzu üzrə 1402 elmi-tədqiqat işi aparılıb, 110 mühüm elmi nəticə alınıb, onlardan 55 iş tətbiq olunub”.
Publika.az-ın məlumatına görə, bu sözləri AMEA- nın müxbir üzvü, akademik-katibi, Rasim Əliquliyev Rəyasət Heyətinin 2013-cü ildəki elmi və təşkilati fəaliyyətinə həsr olunmuş ümumi yığıncaqda deyib. Onun sözlərinə görə, akademiyanın alimləri tərəfindən 604-dən artıq kitab, 7208-dən artıq məqalə və tezis, o cümlədən, xaricdə 2427-dən artıq məqalə və tezis çap etdirilib.
Elmi jurnallarda dərc olunmuş məqalələrin sayı əvvəlki illərlə müqayisədə xeyli artaraq 526-nı ötüb və onlara 3800-dən çox istinad olub. Onun sözlərinə görə AMEA-da 24 elmlər doktoru və 124 fəlsəfə doktorluğu üzrə dissertasiyalar müdafiə edilib, AMEA-nın elmi müəssisələri tərəfindən 68 respublika və 45 beynəlxalq səviyyəli elmi tədbir keçirilib.
Rasim Əliquliyev AMEA-da həyata keçirilən struktur islahatları çərçivəsində Biofizika vıə Smart materiallar Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Elmi Tarixi və Dünya Siyasəti institutları yaradıldığını deyib.
AMEA-nın müxbir üzvü Akademiyanın 70 illik yubileyi və Azərbaycan alimlərinin I Qurultayı kimi mötəbər tədbir ərəfəsində olduğunu, bununla bağlı bir sıra elmi-təşkilati işlər görüldüyünü deyib. Akademiyanın icraçısı olduğu 19 dövlət proqramından 3-nün artıq başa çatdığı, 13-nün davam etdirildiyi vurğulanıb.
R. Əliquliyev bildirib ki, 2013-cü il İKT ili ilə bağlı tədbirlər planında AMEA-nın Fəaliyyət Planı hazırlanıb. Bu plan çərçivəsində kompleks tədbirlər həyata keçirilib. AzScienceNet-in ölkə üzrə infrastrukturunun inkişafı istiqamətində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə AzScienceNet-də 36 km-ə yaxın fiber-optik xətlər vasitəsilə İnernetə qoşulma təmin edilib.
Gülxar
-
Magazin100:50
Sabiq nazirin idmançı kürəkəninin bu görüntüləri gündəm oldu - VİDEO
-
Qoroskop00:20
Günün qoroskopu: ünvanınıza çox tənqid səslənəcək...
-
Nəqliyyat6 May 23:16
Bu yolda sürət həddi 20 km/saata endirildi
-
Magazin16 May 23:04
İllərlə küsülü olan Brilliant Dadaşova və Abbas Bağırovun rəqsi - VİDEO
-
Dünya6 May 21:33
HƏMAS-la İsrail atəşkəs barədə razılaşdı
-
Sosial6 May 21:23
Deyirlər ki, puluna görədir... - 17 yaşlı qızla nişanlanan 37 yaşlı kişinin anası DANIŞDI - VİDEO
-
İdman6 May 21:13
22 yaşlı idmançı faciəvi şəkildə öldü
-
Qoroskop6 May 21:05
Bürclərin ən zəhlətökən xüsusiyyətləri