Qırmızı.az
Fövqəladə hadisələrin statistikası açıqlandı
Fövqəladə Hallar Nazirliyi (FHN) bu ilin birinci rübündə fövqəladə hallar nəticəsində ölən və xəsarət alanların sayını açıqlayıb.
Publika.az-ın FHN-nın saytına istinadən verdiyi məlumata görə, 2014-cü ilin I rübü ərzində respublika ərazisində 2129 təbii və texnogen mənşəli hadisə baş verib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 624 hadisə və ya 41% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 23 nəfər həlak olub, 55 nəfər xəsarət alıb, nazirliyin xilasediciləri tərəfindən 7 nəfər xilas edilib.
2014-cü ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 2064 çıxış edilmişdir. Onlardan: çoxmənzilli yaşayış binalarında və fərdi yaşayış evlərində yanğınlar - 596 çıxış; açıq sahələrdə yanğınlar -1000 çıxış; nəqliyyat vasitələrində yanğınlar -74 çıxış; digər yanğınlar - 394 çıxış təşkil edib.
Məlumatda qeyd olunur ki, yanğın hadisələri zamanı 16 nəfər həlak olub, 28 nəfər xəsarət alıb, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 5 nəfər və ya 24% az, xəsarət alanların sayı isə 5 nəfər və ya 22% çoxdur.
2014-cü ilin I rübü ərzində respublika ərazisində 16 partlayış hadisəsi baş verib ki, bu da 2013-cü ilin müvafiq dövrü ilə müqayisədə 4 hadisə və ya 33% çoxdur. Partlayışlar zamanı 5 nəfər həlak olub, 26 nəfər xəsarət alıb.
-
Magazin205:15
Günel Ferdi Tayfurla FOTOLARINI PAYLAŞDI
-
ABŞ04:14
Daha bir ölkədə TƏYYARƏ QƏZASI: ölən və çox sayda yaralanan var - VİDEO
-
Hadisə03:43
Azərbaycanda müəmmalı ölüm: mərhumun həyat yoldaşı hər şeyi danışdı - VİDEO
-
Sosial00:45
Polad Həşimovun anası Hökümənin həyat yoldaşı ilə görüşdü - VİDEO
-
Səhiyyə00:30
Əhali arasında yayılan virus çox təhlükəlidir - ÖLÜM RİSKİ VAR / VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI - Romantik münasibətləriniz güclənə bilər
-
Mistika2 Yanvar 23:24
"Yeni Nostradamus"dan proqnozlar - 2025-ci ildə nələr baş verəcək?
-
Dəb2 Yanvar 22:48
Məşhur moda brendinin yaradıcı VƏFAT ETDİ - FOTO