Qırmızı.az
Mayda hava necə olacaq? - PROQNOZ
May ayında orta aylıq temperaturun iqlim normasına yaxın, ayın birinci yarısında normadan 2-4 dərəcə yüksək, ikinci yarısında isə bəzi günlərdə iqlim normasından bir qədər aşağı olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər çox olacağı ehtimal olunur.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun 17-20
dərəcə isti (gecələr 11-16, gündüzlər 20-25, bəzi günlərdə 28-30
dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və
bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 18-21 mm),
bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 17-21
dərəcə isti (gecələr 11-16, gündüzlər 21-26, bəzi günlərdə 29-34
dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və
bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 33-62 mm)
olacağı gözlənilir.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı,
Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta
aylıq temperaturun 12-14 dərəcə isti (gecələr 4-9, ayrı-ayrı
günlərdə 12-14, gündüzlər 13-18 dərəcə isti, bəzi günlərdə 23-28
dərəcəyədək isti) olacağı gözlənilir ki, bu da iqlim normasına
yaxındır.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 68-122
mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
rayonlarında orta aylıq temperaturun 17-21 dərəcə isti (gecələr
10-15, gündüzlər 20-25, bəzi günlərdə 28-33 dərəcə isti) olacağı
gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 31-54 mm)
olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu,
Şamaxı, Xızı, Siyəzən, Şabran, Quba, Qusar, Xaçmaz rayonlarında
orta aylıq temperaturun 14-19 dərəcə isti (gecələr 7-12, bəzi
günlərdə 15 dərəcəyədək isti, gündüzlər 15-20, bəzi günlərdə 25-29
dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və
bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 26-166
mm), bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli,
Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan,
Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun
18-22 dərəcə isti (gecələr 12-17, gündüzlər 22-27, bəzi günlərdə
29-34 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim normasına
yaxın və bir qədər yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 26-62 mm)
olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq
temperaturun 15-19 dərəcə isti (gecələr 9-14, gündüzlər 19-24, bəzi
günlərdə 25-30 dərəcə isti) olacağı gözlənilir ki, bu da iqlim
normasına yaxın və bir dərəcə yüksəkdir.
Aylıq yağıntının miqdarının iqlim normasına yaxın (norma 41-72 mm),
bəzi yerlərdə isə bir qədər çox olacağı gözlənilir.
-
İKT09:00
“WhatsApp” yeni funksiya ilə hər kəsi heyrətləndirəcək
-
Avropa08:24
"TikTok" Avropanı QORXUYA SALDI: "Həyəcan təbili yüksək səslə çalınmalıdır"
-
Sağlamlıq06:46
Birdəfəyə nə qədər kabab yemək olar? - Dietoloq LİMİT QOYDU
-
Magazin105:45
Sevinc Balidə belə dincəlir - FOTO
-
Kriminal03:43
Çayxana qan gölünə döndü: Muradova 13 bıçaq zərbəsi vuruldu
-
Sosial02:42
Azərbaycanda sabiq polis oğurladığı əşyaları sevgilisinə satdırırmış - VİDEO
-
Sosial01:11
Cəmiyyət açıq-saçıq geyinənlərə necə baxır?: “Bizə çox şey deyirlər, amma..." - VİDEO
-
Qoroskop00:05
Günün ULDUZ FALI: şəxsi münasibətlərdə problemlər ola bilər