Qırmızı.az
Oğuzda yol qəzası: 3 nəfər xəsarət alıb
Bu gün günorta saatlarında Oğuz rayonu ərazisində 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəza hadisəsi baş verib.
Hadisə Qaraməryəm-Ismayıllı-Şəki magistral yolunun 104-cu
kilometrliyində Oğuzun Padar kəndi ərazisində qeydə alınıb. Belə
ki, Allahverdiyev Nazim Vahab oğlu idarə etdiyi Mersedes markalı
avtomobillə rayon isitiqamətində hərəkətdə olarkən qəfildən
idarəetməni itirb. Bu zaman avtomobil yoldan çıxaraq yol
kənarındakı ağaca çırpılıb. Nəticədə sürücü ilə yanaşı avtomobildə
olan iki nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Məlumatlara görə, süücü və bir sərnişin yüngül xəsarətlər alıb.
Xəsarət alan digər sərnişin isə yoldan keçənlərin köməkliyi ilə
Şəki mərkəzi rayon xəstəxanasına çatdırılıb.
Xəstəxanadan verilən məlumata görə, xəsarət alan Zaqatalanın
Əliabad kənd sakini Həziyev Sərxan Arif oğlu ağır kəllə-beyin
travması aldığından və vəziyyəti ağır olduğundan o, növbəti
müalicəsi üçün Bakıya göndərilib.
İlkin olaraq qəzanın yüksək sürət və idarəetmənin itirilməsi
səbəbindən baş verdiyi ehtimal edilir.
Faktla əlaqədar baş dövlət yol polisi idarəsinin istintaq bölməsi
tərəfindən araşdırmalar aparılır. Qəzanın dəqiq səbəbləri
aparılacaq araşdırmalardan sonra bəlli olacaq.
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı
-
Sosial14:11
“Ermənilər Nizami Gəncəvinin başını oğurladılar”
-
Cənubi Qafqaz13:21
Rusiya Ermənistanda çevriliş hazırlayır - Paşinyanın deputatından şok açıqlama
-
Nida Xəbər 13:06
Hərbi qulluqçunun vəzifələri artırılır - Yeni qərar
-
Sosial12:46
Bu işçilərə kompensasiya ödəniləcək
-
Hadisə12:26
Tərtərdə dava zamanı ölən məktəblinin FOTOSU
-
Qarabağ 12:01
Oskanyan separatçılarla görüşdü: Avropada ona Qarabağla bağlı nə deyilib?
-
MDB11:49
“Qara siyahı” yaradılır: Aliment ödəməyənlərin adları açıqlanacaq