Xırdalan sakini kanalizasiya quyusunda intihar etmək istədi
Bizi izləyin

Qırmızı.az

Xırdalan sakini kanalizasiya quyusunda intihar etmək istədi

Abşeron rayonunda bir nəfər intihara cəhd edib.

Publika.az Fövqəladə Hallar Nazirliyinin (FHN) rəsmi saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Abşeron rayonu, Xırdalan şəhərində 1 nəfər intihar məqsədilə özünü çirkab suları axıdılan quyuya atıb.

Dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, zərərçəkmiş dərinliyi 4 metr olan quyuda köməksiz vəziyyətdə qalıb. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə zərərçəkmişi quyudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat saat 13:29-da başa çatıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm