Qırmızı.az
"Bəzi adətlər cinayət məsuliyyəti yaradır"
Azərbaycanda bəzi adət-ənənələr müasir dövrdə cinayət məsuliyyəti yaratdığından, gənclərimiz bu sahədə daha çox məlumatlandırılmalıdırlar. Bu barədə Trend-ə açıqlamasında Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Ə.Hüseynli bildirib ki, Azərbaycanda qız qaçırmaq problemi ilə
bağlı əvvəllər bir sıra diskussiyalar olub. Faktiki olaraq bu, adam
oğurluğu kimi qəbul edilir və qanunvericilikdə buna görə ağır cəza
sanksiyaları müəyyən edilib: "İndiki insan alverinə qarşı mübarizə
kontekstində bu məsələdə heç bir dönüş gözlənilmir və bu, baş
verəsi deyil. Qız qaçırılması məsələsində bəzi hallarda gənclərimiz
məlumatsız olurlar və regionlarda belə hallara daha çox yol
verirlər. Daha doğrusu, bilmirlər ki, bu, nə dərəcədə ağır
nəticələrə gətirib çıxara bilər. Regionlarda, çox ucqar yerlərdə
gənclər həqiqətən məlumatlı deyillər ki, evlənmək məqsədilə qız
qaçırmaq niyyətləri 8-9 il azadlıqdan məhrum edilmələrinə gətirib
çıxara bilər".
Millət vəkilinin sözlərinə görə, bu məsələnin üzərində işləmək
lazımdır ki, insanlar məlumatlı olsunlar: "Yəqin ki, bu, hüquqi
maarifləndirmə ilə bağlı problemdir və bunu həll edə də bilmirik.
Müasir dövrdə yəqin ki, maarifləndirmənin üsulları başqa cür
olmalıdır. Burada bizim bildiyimiz ənənəvi maarifləndirmə üsulları
yetərli deyil. Bu gün hamı - ictimaiyyət, televiziya, mətbuat
hüquqi maarifləndirmədən danışır. Hələ ki, mən hüquqi
maarifləndirməni kimin, necə və hansı üsullarla həyata keçirəcəyinə
dair elə bir konkret təşəbbüs görməmişəm. Bu boşluq var, amma onun
doldurulması ilə bağlı konkret təklif yoxdur. Bu, bəlkə də elə
hüquq ictimaiyyətinin borcudur. Amma əgər bununla bağlı iş görmək
lazımdırsa, deməli onu maliyyəsiz görmək mümkün deyil".
-
Magazin111:43
"Pozğunluğun reklamı yüksək səviyyədə idi"
-
Sosial11:13
Hoteldə ölən 4 dost haqda ilginc faktlar: Prezident ev vermişdi
-
Dünya10:32
Ərdoğanın bu sözləri Yunanıstanda manşet oldu: Hər kəsin diqqəti ona yönəldi
-
Qoroskop09:42
Sevdiyini anında unudub yeni eşqə yelkən açan ÜÇ BÜRC
-
Nida Xəbər 09:36
Yağış, qar, dolu... - FAKTİKİ HAVA
-
Magazin205:45
Bu ölkələr finala keçdilər
-
Hadisə05:15
Begemotlar turistlərə hücum etdi - Anbaan video
-
Avropa04:44
Keçmiş arvadını və qızını öldürən şəxs Almaniyada SAXLANILDI