Qırmızı.az
Azərbaycanda internet istifadəçilərinin sayı 2 milyonu ötüb
Bu gün Bakıda Mətbuat Şurasının və Multimedia Mərkəzinin təşkilatçılığı ilə “Yeni Media və yeni çağırışlar” mövzusunda konfrans keçirilib.
Publika.az-ın xəbərinə görə, tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, internet mediası ictimai-siyasi həyata və insanların həyatına yüksək sürətlə daxil olub:
“Azərbaycanda 1.300.000 Facebook istifadəçisi, 30 min blogger, 50 internet radio və televiziyası və bunların ümumilikdə 250.000 auditoriyası var”.
Ə.Amaşov əlavə edib ki, İKT üzrə milli strategiya sahəsində nəzərdə tutulan işlər uğurla davam etdirilir:
“Artıq 40-a yaxın dövlət qurumu öz məlumatlarını elektron formada istifadəçilərinə təqdim edir”.
Prezident Administrasiyasının İctimai-Siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev isə bu gün dünyada gedən qloballaşmanın, həm də internet mediasının inkişafına yönələn bir proses olduğunu söyləyib. Onun sözlərinə görə, bu gün əhalinin 70 faizinin internetə çıxışı mövcuddur. İnternet istifadəçilərinin sayı isə 2 milyonu ötüb.
Qeyd edək ki, tədbirdə Preziden Administrasiyasının İctimai-Siyasi şöbəsinin sektor müdiri Vüqar Əliyev, Mətbuat Şurasının sədri Əflatun Amaşov, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin şöbə müdiri İsfəndiyar Əliyev, AİF prezidenti, Multimedia Mərkəzinin direktoru Osman Gündüz iştirak edib.
Tədbir iki paneldən ibarətdir. Birinci paneldə “İnternet mediasının inkişaf tendensiyası və perspektivləri”, ikinci paneldə isə “Sosial mediadan informasiya əldə edilməsi və informasiyaların yayılmasında effektiv istifadə imkanları” mövzuları müzakirə olunacaq.
Gülşanə Mustafayeva
-
Cənubi Qafqaz13:33
Ermənilər etiraz edir: hər şey Azərbaycanın xeyrinə həll olundu - VİDEO
-
Nida Təhlil 12:42
Çinlə münasibətlərimiz regionda nəyi dəyişəcək? - Türk generaldan mühüm mesaj
-
İdman12:12
Rusiya ilə müharibədə neçə ukraynalı idmançı həlak olub? - Dəhşətli rəqəm
-
Cənubi Qafqaz11:21
Gürcüstanda dövlət çevrilişi hazırlanır - Görün hansı ölkələrin əli var
-
Hadisə10:49
Vəzifəli şəxs cinayət başında yaxalandı
-
Dünya10:15
Türkiyənin gücü Avropanı heyrətləndirdi - Təsiri bu bölgələrə qədər genişlənib
-
Region09:36
Qərbin Gürcüstanla Ermənistandakı etirazlara fərqli münasibəti - Erməniləri məyus edən nədir?
-
Dünya09:12
Putinin Pekin səfəri: Görün sağ və solunda kimlər oturub